VTP'20
                            , VTP'21 Yaz , VTP'21 Yay,
                            VTP'21 Payız , VTP'22 Yaz, VTP'22 Yay, VTP'22 Qış və VTP'23 Yay
                            təcrübə proqramında iştirak edənlərin layihə haqqında düşüncələri
                        
                        
                            
                            
                                Aytən Bayramova (VTP'23 Yay)
                                
                                    Gənclər üçün bu imkanı yaratdığınız üçün ilk öncə Buta Grup-a təşəkkürlərimi
                                    bildirirəm. VTP 8 ilə bizlər real iş mühitinə tam hazır olduq. Təcrübə müddətində
                                    verilən umumi və şöbə tapşırıqları sayəsində çox şeylər öyrəndim və İT sahəsində
                                    qazandığım təcrübələr sayəsində karyeramın uğurlu olacağına inanıram.
                                
                             
                            
                                Ayişə Heydərli (VTP'23 Yay)
                                
                                    Gənclərə, tələbələrə real biznes mühitini öyrənmək şəraiti yaratdığınız üçün sizə
                                    minnətdaram. Bu proqramdan əldə etdiyim biliklərin gələcək karyeramı qurmağımda mənə
                                    işıq olacağına əminəm. Əziyyətiniz üçün çox təşəkkürlər!
                                
                             
                            
                                Fidan Qədirova (VTP'23 Yay)
                                
                                    Məndə VTP' 23-un iştirakçısı olaraq deyə bilərəm ki, düzgün planlaşdırılmış sistem,
                                    olduqca əhatəli və faydalı həm seçdiyimiz sahə üzrə, həm də ümumi bilikləri bizlərlə
                                    paylaşdığınız və bizlərə bu imkanı yaratdığınız üçün Təşəkkürlər!
                                
                             
                            
                                Ziyafət Soltanzadə (VTP'23 Yay)
                                
                                    VTP təcrübə proqramı perspektivimi dəyişdirərək, yeni bacarıqlar əldə etməyə və
                                    özümü daha da inkişaf etdirməyə imkan verdi. Kollektivdəki tərəfdaşlarım və
                                    mentorlarım sayəsində öyrəndiyim çox şey var və bu mənim üçün çox böyük şansdır.
                                
                             
                            
                                Selcan Ədilova (VTP'23 Yay)
                                
                                    VTP proqramı boyunca nəinki öz seçdiyim sahə olan mühasibatlıq həmçinin biznesin
                                    müxtəlif sahələri haqqında məlumat əldə etmiş oldum.Verilən tapşırıqlardan yeni
                                    bacarıqlar öyrəndim hansı ki, onlardan indi də istifadə edirəm.Rəhbərlərlə
                                    keçirilmiş görüşlərdə onların təcrübəsindən faydalandım.Həmçinin proqramın virtual
                                    olması yay tətilini səmərəli keçirməyimə səbəb oldu.
                                
                             
                            
                            
                                Mənzər Qənbərova (VTP'22 Qış)
                                
                                    Mənim üçün çox faydalı bir 3 ay oldu. Virtual şəkildə olduğu üçün gözləntilərim də o
                                    yöndə idi, lakin bu qədərini təsəvvür etmirdim. Hər şeydən öncə HR sahəsinin
                                    bilmədiyim hissələri ilə tanış oldum. Nəyin ki bilmədiklərimi, daha öncə tanış
                                    olmadığım proqramları öyrənmiş, tanımış oldum. Bununla yanaşı özümü tanımaq üçün də
                                    çox faydalı oldu proqram. Komandanız bir sıra əyani təcrübədən əldə edilməyəcək
                                    bilik və təcrübələrini bizimlə bölüşdü. Sadəcə texniki bacarıqlar deyil, həmçinin
                                    bir çox yumşaq bacarıqlar da əldə etmiş oldum. İndiyə qədər bəlkə də diqqət
                                    etmədiklərimizin əslində necə də önəmli olduğunu, əmək bazarında nəyin gələcəyi və
                                    önəmi olduğunu göstərdiniz. Ən əsası bunu könüllü şəkildə və ciddi bir məsuliyyət
                                    ilə etdiniz. İnşallah "VTP" ilə qurduğumuz bu əlaqələr davamlı və hər iki tərəfə
                                    faydalı olar.
                                
                             
                            
                                Gülər Yusifli (VTP'22 Qış)
                                
                                    Yeni məzun olmuş biri kimi demək istəyirəm ki, həqiqətən "VTP" çox faydalı oldu
                                    mənim üçün. Çünki bilmədiyim bir çox şeyləri öyrənməyə kömək oldu. Təcrübə
                                    proqramına qatıldığım üçün məmnun oldum. Hər birinizə təşəkkür edirəm.
                                
                             
                            
                                Minayə Hacıyeva (VTP'22 Qış)
                                
                                    Düşünürəm ki bu təcrübə proqramı bizim hər tərəfli inkişafımıza və biliklər əldə
                                    etdiyimizə kömək oldu. Hər şey üçün təşəkkürlər.
                                
                             
                            
                                Nərgiz Zeynallı (VTP'22 Qış)
                                
                                    Hər şey üçün çox sağ olun. "VTP" gözləntilərimin üzərində bir təcrübə proqramı oldu.
                                    Öyrətdikləriniz, anlayışınız və səbriniz üçün təşəkkür edirəm.
                                
                             
                            
                                Nazlı Kərimova (VTP'22 Qış)
                                
                                    Mən öz adımdan bu proqramda əməyi keçən hər kəsə təşəkkür edirəm. Öz adıma deyə
                                    bilərəm ki, mənim üçün çox faydalı oldu. Bu proqram həm mənə hansı işi seçməli
                                    olduğum mövzusunda istiqamət verdi, həm də yeni şeylər öyrəndim.
                                
                             
                            
                                Aytac Əliyeva (VTP'22 Qış)
                                
                                    Mən bu təcrübə proqramında əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Mənim üçün
                                    çox fərqli, faydalı təcrübə oldu. Bütün "VTP" iştirakçılarına uğurlar arzu edirəm.
                                
                             
                            
                                Süsən Kərimova (VTP'22 Qış)
                                
                                    Belə bir proqram yaratdığınız üçün, xüsusilə biznes sahəsində təhsil alan və hansı
                                    sahə üzrə ixtisaslaşmaqda qərarsız qalan gənclərdən biri olaraq, sizə təşəkkür
                                    edirəm. Proqram həm şəxsi inkişafım üçün, həm də karyera yolum üçün çox faydalı
                                    oldu.
                                
                             
                            
                                Dilbər Umudlu (VTP'22 Qış)
                                
                                    Başda Alim bəy olmaqla, proqramı təşkil edən hər kəsə təşəkkür edirəm. Mənim üçün
                                    çox faydalı oldu. Təcrübəmə təcrübə qatdı bu proqram. Bütün iştirakçılara karyera
                                    həyatında uğurlar arzulayıram.
                                
                             
                            
                            
                            
                                Müşfİq Mehtİzadə (VTP'22 YAY)
                                
                                    Çox faydalı oldu proqram... Əziyyəti keçən hər kəsə təşəkkür edirəm. Özəlliklə,
                                    məlumatlandırmada yalnız sektor olaraq deyil, bağlantılı mövzulara da toxunmağınız
                                    ümumi məlumat almağımıza dəstək oldu, özgüvənimizin artmasına müsbət təsir etdi deyə
                                    düşünürəm. Başlanğıcda mən də virtual olduğuna görə bir qədər soyuq yanaşmışdım,
                                    amma koordinasiyanız, sistemliliyiniz çox xoşuma gəldi. Azərbaycan mühitində az rast
                                    gəlinir belə örnəklərə. Hər şey üçün təşəkkürlər.
                                
                             
                            
                                Aytən Ələsgərlİ (VTP'22 YAY)
                                
                                    Xüsusilə, inşaat sahəsində onlayn təcrübə proqramı necə olacaq deyə tərəddüddə idim.
                                    Lakin çox faydalı və maraqlı keçdi. Hərkəsə təşəkkür edirəm.
                                
                             
                            
                                Sİma Manİyeva (VTP'22 YAY)
                                
                                    Əməyi keçən hər bir kəsə təşəkkür edirəm. Ümumiyyətlə, bu proqramın həyatıma qatdığı
                                    üstünlüklər həddən artıq çoxdur. İstər İT sahəsində, istərsə də digər sahələrdə
                                    yetərincə faydalı, ətraflı məlumatlar əldə etdim. Bir daha təşəkkürlər!
                                
                             
                            
                                Şaİq Nağıyev (VTP'22 YAY)
                                
                                    Proqram çox maraqlı keçdi, bal sıralaması, xüsusilə, rəqabət olduğu üçün maraqlı
                                    idi. Başda Alim bəy, Anar bəy və Mehman bəy olmaqla, hər bir kəsə təşəkkür edirəm!
                                
                             
                            
                                Nərmİn Səfərlİ (VTP'22 YAY)
                                
                                    Bu proqram mənim sahə biliklərimə və biznes sahəsi üzrə nələr edə biləcəyimə
                                    toxunduğu üçün özümü çox şanslı hiss edirəm. Bu arada VTP təcrübə proqramı "UNEC"-də
                                    olduqca rəğbət bəslənən bir proqramdır. Mən bu proqrama ilk dəfə qrup yoldaşlarımla
                                    müraciət etdim, üçüncü müraciətdə seçilməyimə baxmayaraq, yenə də çox şanslıyam,
                                    çünki mənə qatqısı çox oldu, həm əylənib, həm də öyrənməyi bacardıq. Həmçinin planlı
                                    və özgüvənli olmağı öyrətdi. Başda siz, Alim bəy və Çinarə xanım olmaqla, əməyi
                                    keçən hər kəsə təşəkkür edirəm.
                                
                             
                            
                                Zöhrə Aydınova (VTP'22 YAY)
                                
                                    Mən də öz adımdan əməyi keçən hərkəsə öz təşəkkürümü bildirirəm. Bir-birindən
                                    maraqlı və faydalı görüşlər, dəyərli məlumatlar əldə etdiyim üçün çox təşəkkür
                                    edirəm. Yaxşı ki yolum "VTP"-dən keçdi!
                                
                             
                            
                                İlkİn Hacıyev (VTP'22 YAY)
                                
                                    Proqram çox faydalı oldu... Verilən tapşırıqları əlimizdən gəldiyi qədər yerinə
                                    yetirməyə çalışdıq. Öz adıma danışsam, yeni texnologiyalar ilə tanış oldum. Bu
                                    texnologiyaları əlimdən gəldiyi qədər tapşırıqlarda da tətbiq etməyə çalışdım.
                                    Proqramın mənə qatdığı vacib nüanslardan biri də sərbəst şəkildə daha yaxşı, daha
                                    sürətli işləməyimə kömək olması idi. Əməyi keçən hər kəsə bir daha təşəkkür edirəm,
                                    çox sağ olun.
                                
                             
                            
                                Səmİmİ Mehdİyeva (VTP'22 YAY)
                                
                                    Mən, bu təcrübə proqramına qoşulanda layihədən gözləntilərimiz hissəsinə seçdiyim
                                    sahə üzrə bilik və bacarıq qazanmaq, yeni təcrübələr əldə etmək deyə qeyd etmişdim.
                                    Həqiqtən də keçən 3 aya baxanda, tamamilə, fərqli sahələrdə hər gün, hər dərsdən
                                    yeni şeylər öyrənməyin, yeni dəyərli insanlar tanımağın sevinci var üzərimdə. Əsas
                                    məqsədimiz nəsə öyrənmək, öyrənərək əylənməkdir hər zaman. Gəncləri düzgün
                                    yönləndirdirməyiniz, yeni iş mühitinə, həyata qazandırmağınız bu işin ən dəyərli
                                    hissəsidir. Əməyi keçən hər kəsə təşəkkür edirəm!
                                
                             
                            
                                Gulsabah Mustafayeva (VTP'22 YAY)
                                
                                    Virtual təcrübə proqramı istər rəqəmsal marketinq sahəsi, istərsə də biznes sahəsi
                                    üzrə olsun, biliklərimin inkkişafına müsbət təsir göstərdi. Əməyi keçən hər kəsə
                                    təşəkkürümü bildirirəm.
                                
                             
                            
                                Elvİn Əsgərov (VTP'22 YAY)
                                
                                    Başda Alim bəy olmaqla, Nəzrin xanım, Ramiz bəy və digər əməkdaşlara təşəkkür
                                    edirəm, çox sağ olun. Biznes mühiti və rəqəmsal marketinq haqqında çoxlu yeni
                                    bilgilər əldə etdim. Proqramın necə tez keçdiyini bilmədim, bir daha təşəkkürlər!
                                
                             
                            
                                Leyla Mİrzəyeva (VTP'22 YAY)
                                
                                    Təkcə biznes və şöbə görüşləri ilə deyil, ümumi mənada həyat baxışıma toxundu "VTP".
                                    Heç bir təcrübə olmadan başladığım bu yolun sonunda nə qədər yeni məlumat
                                    öyrəndiyimi sayıb bitirə bilmərəm belə. Başda fərqinə varmasam da, bu şansın ilk
                                    dəfədən mənə tanınması böyük bir lütf idi mənim üçün, keçən zamanla başa düşdüm.
                                    Başda biliyin paylaşdıqca artdığını öyrədən Alim bəy, çox mehriban və əziz şöbə
                                    rəhbərimiz Taleh bəy və hər problemdə yanımızda olan Günay xanım olmaqla, əməyi
                                    keçən hər kəsə təşəkkür edirəm.
                                
                             
                            
                                Raul Omarov (VTP'22 YAY)
                                
                                    Təcrübə proqramı onlayn olmasına baxmayaraq, mənim üçün çox faydalı oldu, əsasən də,
                                    texniki biliklərimi, "deadline" ilə işləmək bacarıqlarımı inkişaf etdirdim. Alim
                                    bəy, tələbələr üçün belə bir virtual təcrübə proqramı təşkil etdiyinizə görə sizə
                                    təşəkkür edirəm. Həmçinin şöbələri idarə edən rəhbərlərə, əməyi keçən hər kəsə
                                    təşəkkür edirəm!
                                
                             
                            
                            
                                Səbİnə İbrahİmova (VTP'22 Yaz)
                                
                                    Alim bəy, mən də çox təşəkkür edirəm bu proqram üçün. Mənə özümü tapmaqda kömək
                                    oldu.
                                    Onlayn olması mənim üçün üstünlük idi. Çünki mən rayonda yaşayıram və bu proqramın
                                    onlayn olması mənim üçün əsl fürsət oldu. Çox şey öyrəndim, özümü inkişaf etdirdim.
                                    Buna
                                    vəsilə olduğunuz üçün çox minətdaram sizə. Çox sağ olun, İşlərinizdə uğurlar!
                                
                             
                            
                                Nadİrə Məmmədova (VTP'22 Yaz)
                                
                                    İlk öncə bu proqramın təşkili və həyata keçirilməsində əməyi keçən hərkəsə təşəkkür
                                    edirəm. Alim bəy, sizin seminarlarınız, Taleh bəyin İR-dən verdiyi məlumatlar və
                                    praktiki tapşırıqlar çox faydalı oldu.Təşəkkürlər bütün əməkdaşlarınıza.
                                
                             
                            
                                Qərİb Əşrəfov (VTP'22 Yaz)
                                
                                    Bu proqramın təşkil edilib həyata keçirilməsində əmək sərf edən hər kəsə öz
                                    təşəkkürümü
                                    bildirirəm. Həqiqətən iş və sıx qrafikə baxmayaraq, bizlərə də vaxt ayırıb
                                    məlumatlandırdınız. Həqiqətən də təqdirəlayiqdir. Sizlərə, həmçinin digər
                                    təcrübəçilərə
                                    uğurlar arzulayıram!
                                
                             
                            
                                Ləman Namazlı (VTP'22 Yaz)
                                
                                    Öncəliklə, VTP komandasına dərin təşəkkürlərimi bildirirəm, yaxşı ki, belə bir
                                    proqram
                                    var və mən də bu proqrama qoşuldum. Mən İnsan Resursları sahəsində karyeramı qurmaq
                                    istəyirəm və bu sahədə mənim ilk təcrübəm oldu. Taleh beyin sayəsində bu sahədə
                                    biliklər
                                    əldə etdim. Praktiki tapşırıqlar çox faydalı oldu. Her şey üçün təşəkkür edirəm.
                                    Sizləri
                                    tanımaq məniim üçün çox xoş oldu. İşlərinizdə uğurlar arzu edirəm!
                                
                             
                            
                                Ləman Rəzzaqlı (VTP'22 Yaz)
                                
                                    Salam, mənim üçün VTP-nin ən yaxşı xüsusiyyətləridən biri istədiyim şöbələrin
                                    dərslərinə
                                    qoşula bilməyim idi. Maraqlı olan şöbələrə və maraqlı olan mövzuların görüşlərinə
                                    qoşula
                                    bilmə fürsəti əldə etdim. Bundan əlavə real iş ortamından insanlarla təşkil edilən
                                    görüşlərdə suallarıma cavab tapa bildim. Alim bəyin görüşlərində yeni bilgilər
                                    öyrəndim.
                                    Ən əsası da bu proqramda nələri bilmədiyimi də öyrəndim. Belə bir fürsəti
                                    yaratdığınız
                                    üçün əməyi keçən hər kəsə təşəkkürlərimi bildirirəm!
                                
                             
                            
                                Aydan Şükürlü (VTP'22 Yaz)
                                
                                    Mən də VTP komandasının hər bir üzvünə öz dərin minnətdarlığımı bildirirəm. Şəxsi
                                    inkişafımda yeni bir mərhələ, yeni bir addım oldu. Belə proqramı təşkil edib,
                                    tələbələrə, gənclərə şərait yaratdığınız üçün çox sağ olun. HR sahəsində Taleh bəyin
                                    sayəsində təməl bilgilərə sahib oldum. Praktiki tapşırıqlar isə ayrıca maraqlı və
                                    öyrədici idi. Hər birinizə təşəkkürlər və iş həyatınızda uğurlarr!
                                
                             
                            
                                Aysel Cabbarova (VTP'21 Payız)
                                 Bizə çox
                                    faydalı 3 ay bəxş etdiniz. Ən
                                    əsası real iş təcrübəsi ilə və kollektivlə tanış olduq. Bütün kollektivə əməkləri
                                    üçün
                                    təşəkkürlər! Proqramda iştirak edən hər kəsə uğurlar!
                                
                             
                            
                                Afaq Nəzərəova (VTP'21 Payız)
                                 Məndə eyni
                                    anda həm Təhsil İnstitunda
                                    mentor kimi həm də, VTP-də iştirakın necə olduğunu düşünürdüm. Hər şey maraqlı oldu.
                                
                             
                            
                                Sücahət Qurbanlı (VTP'21 Payız)
                                 Bu təcrübə
                                    proqramı vasitəsilə real
                                    iş təcrübəsi ilə tanış oldum. IT ilə yanaşı biznesin də əsaslarını öyrəndim. Çox
                                    təşəkkür
                                    edirəm ki, gənclərə bu şansı yaratdınız.
                                
                             
                            
                                Zeynəb Muradlı (VTP'21 Payız)
                                 Bizə bu imkanı
                                    yaratdığınız üçün çox
                                    təşəkkürlər. 3 ay boyunca bizə çox böyük qatqılarınız oldu.
                             
                            
                                Günel Yusİfova (VTP'21 Payız)
                                 Əsas da baxış
                                    bucağımı dəyişdiyiniz üçün yeni fikirlər və biliklər qazadırdığınız üçün çox
                                    sağolun.
                                
                             
                            
                                Turanə Həsənlİ (VTP'21 Payız)
                                 Artıq mənim
                                    ətrafımda hər kəs qoşulmaq istəyir. Bu 3 ayda bizə geniş vizyon qazandırdınız, çox
                                    dəyərli görüşlərimiz oldu, ən əsası daim nəsə öyrətməyə çalışırdınız, suallarımıza
                                    aktiv
                                    cavab verdiniz. Çox təşəkkür edirəm!
                                
                             
                            
                                Aydan Heydərlİ (VTP'21 Payız)
                                 Qatıldığım ən
                                    gözəl təcrübə proqramı oldu. Bizə qatdıqlarınıza görə hər birinizə dərin
                                    minətdarlığımı
                                    bildirirəm!
                                
                             
                            
                                Vüqanə Nuralİyeva (VTP'21 Payız)
                                 Proqrama ilk
                                    müraciət edəndə virtual təcrübə proqramı olduğu üçün tərəddüd içərisində idim, amma
                                    indi
                                    görürəm ki, bu 3 ay ərzində bir çox şey əldə etmişəm. Şöbə görüşlərində, karyera
                                    görüşlərində, Emre bəylə excel dərslərində və daha bir çox görüşdə bir çox bilik
                                    əldə
                                    etdim. Buna görə Alim bəyə və proqramda zəhməti olan hər kəsə təşəkkür edirəm.
                                
                             
                            
                                Kamran Məmmədzadə (VTP'21 Payız)
                                 Başda Alim bəy
                                    olmaqla HR şöbəsi üzrə bizi dəyərli məlumatlarla sahənin dərinlikləri ilə tanış
                                    etdiyinə
                                    görə Taleh bəyə dərin təşəkkürümü bildirirəm. VTP boyunca təkcə HR şöbəsi ilə bağlı
                                    deyil, digər şöbələrin də görüşlərinə qatılıb hərtərəfli inkişaf üçün faydalandım.
                                    Hər
                                    bir şöbənin rəhbərinə minnətdaram. Bizə qatdığınız dəyər üçün çox sağolun!
                                
                             
                            
                                Səma İsparova (VTP'21 Payız)
                                 Bizim üçün bu
                                    3 ay çox maraqlı və faydalı təcrübə oldu. Ən bəyəndiyim təlimlər HR və rəhbərlərlə
                                    görüşlər idi. Sadəcə istəyərdim ki, HR təlimləri həftədə ya iki dəfə, ya da 1 saat
                                    30
                                    dəqiqə olsun. Taleh bəy çox maraqlı izah edirdi təlimi ona görə də doymadım HR
                                    təlimlərindən.
                                
                             
                            
                                Eyla Musayeva (VTP'21 Yay) 
                                Mən başda
                                    Alim bəy olmaqla, təşkilatda əməyi keçən hər kəsə
                                    təşəkkürümü bildirirəm. Öyrəndiklərimin kariyerama müsbət təsir edəcəyinə inanıram.
                                    Bundan əlavə təcrübə müddətində çox əyləndim, əylənərkən öyrəndim. Ofisi ziyarət
                                    etdikdə
                                    qonaqpərvərliyiniz, səmimi kollektiviniz xüsusən diqqətimi cəlb etdi. Bütün bunlara
                                    görə, yeni VTP-yə qoşulmağa artıq bir neçə dostumu təşviq etmişəm. Heç bir qarşılıq
                                    gözləmədən belə layihələr təşkil etdiyiniz üçün bütün gənclər adına minnətdaram!
                                
                             
                            
                                Aytac Hacıyeva (VTP'21 Yay)
                                Mən də öz
                                    adımdan əməyi olan hamına təşəkkür edirəm. Alim bəy, Taleh
                                    bəy, Emre hocadan, bütün təlimlərdən, Odoo gamesden çoxlu yeni, maraqlı şeylər
                                    öyrəndim.
                                    Çox sağolun belə bir program təşkil etdiyiniz üçün. Məhəmməd bəy və Nihal xanıma da
                                    bütün suallarımızı cavablandırdıqları, səmimi yanaşmaları üçün təşəkkürlər.
                                
                             
                            
                                Nİlufər Məmmədova (VTP'21 Yay) 
                                 Mən də öz
                                    adıma həm ön planda , həm arxa planda çalışan hər kəsə
                                    təşəkkürümü bildirirəm. Biz gənclərə dəstək verdiyiniz üçün sizə minnətdaram.
                                
                             
                            
                                Leyla Cəbİyeva (VTP'21 Yay) 
                                 Hər
                                    birinizə bizə yaratdığınız bu imkana görə təşəkkür edirəm.
                                    İmkanların bu qədər məhdud olduğu bir vaxtda bizə çox şey öyrtədiniz. Xüsusilə Taleh
                                    müəllim, bütün suallarımıza səbrlə cavab verdiyiniz, heç bir məsələnin qaranlıq
                                    qalmasına imkan vermədiyiniz üçün təşəkkürlər.
                                
                             
                            
                                Səmayə Hümbətəlİyeva (VTP'21 Yay) 
                                 Məndə Alim
                                    bəy, Anar bəy, Nihal xanım başda olmaqla, bütün heyətə
                                    öz təşəkkürümü bildirirəm. Çox sağolun iş vaxtınızdan bizə zaman ayırdığınız üçün
                                    istər
                                    sahəmizlə bağlı, istər şəxsi keyfiyyətlərimizi inkişaf etdirməklə bağlı gözəl
                                    məlumatlar
                                    edindik. Əylənərkən öyrəndik, öyrənərkən əyləndik. Bir daha təşəkkürlərr
                                
                             
                            
                                Xəyalə Həzİyeva (VTP'21 Yay)
                                 Hərkəsə öz
                                    əməyinə və bizə verdiyi faydalı məlumatlara, yeni
                                    biliklərə görə sonsuz təşəkkürümü bildirirəm
                                
                             
                            
                                Elgün Sarıyev (VTP'21 Yay) 
                                 Təcrübə
                                    proqramı boyunca Buta Grup əməkdaşlarına öz səmimiyyətinə
                                    və göstərdiyi köməklərinə görə təşəkkür edirəm. Təcrübə proqramı boyunca həqiqətən
                                    yeni
                                    şeylər öyrəndik, həm şöbələrlə görüşlər, həm rəhbərlər ilə həm də motivasiya
                                    videolar
                                    hər biri çox şey qatdı bizə. Bütün əziyyətləriniz üçün bir daha Təşəkkürlər
                                
                             
                            
                                Zemfİra Quluzadə (VTP'21 Yay)
                                 Hər şey üçün
                                    təşəkkür edirəm. Unudulmaz bir yay yaşadıq
                                    sayəsinizdə. Həm əyləndik, həm öyrəndik. Haqqınızı halal edin. Çox sağ olun.
                                
                             
                            
                                Aybənİz Əlİyeva (VTP'21 Yaz) 
                                 Çox tez
                                    keçdi 3 ay. Bu təcrübə proqramına qoşularkən heç də bu
                                    qədər çox şey öyrənə biləcəyimi təxmin etmirdim. Virtual olduğu üçün bu qədər səmimi
                                    bir
                                    mühit olacağını da gözləmirdim. Çox təşəkkürlər hər birinizə, xüsusən də Alim bəy
                                    sizə,
                                    bizə belə bir fürsət yaratdığınız üçün. Mənim üçün gözəl bir təcrübə oldu. Hər
                                    görüşə
                                    böyük həvəslə qatılırdım. Digər iştirakçıları tanıdığım üçün də şad oldum. Bir sözlə
                                    gözləntilərimin qat-qat üstündə bir praqram oldu. Əziyyətlərinizi halal edin.
                                
                             
                            
                                Günel Ağakİşİyeva (VTP'21
                                    Yaz) 
                                 Başda
                                    təşkilatçılıq üçün, Alim bəy, sizə, daha sonra isə Nihal
                                    xanım və Amil bəyə bütün suallarıma və təkliflərimə çox səbrli və operativ bir
                                    şəkildə
                                    cavab verdiyi üçün təşəkkür edirəm. Ümumilikdə hər bir şey əla idi.
                                
     
                             
                            
                                Aydan İsgandarova (VTP'21
                                    Yaz) 
                                
                                Onlayn
                                    şəkildə gözlədiyimdən qat-qat çox şey öyrəndim. Ümumiyyətlə,
                                    tapşırıqlar, görüşlər maraqlı və öyrədici olurdu. Ən çox sevdiyim "SWOT" analiz,
                                    "Process" və "Mind Mapping" şəklində olan tapşırıqlar idi. Praktik olaraq yerinə
                                    yetirdiyimiz üçün asanlıqla yadda qalırdı.
                                
                             
                            
                                Rəmzİyyə Əlİyeva (VTP'21 Yaz) 
                                Mən də təşəkkür
                                    edirəm hər şey üçün. Qoşulduğum görüşlərdə özümü
                                    daha da inkişaf etdirdiyimi və gələcək üçün mənə böyük faydası olduğunu düşünürəm.
                                    Sizin
                                    komandanın üzvü olmaq xoş oldu.
                                
                             
                            
                                Nuray Allahverdİyeva (VTP'21 Yaz) 
                                Xüsusilə
                                    pandemiya dövründə belə bir proqramla tanış olub qatılmağım
                                    həm motivasiyamı yüksək tutmağıma, həm də səmimi bir mühitdə sosiallaşaraq bərabər
                                    öyrənmənin sevincini yaşamağıma səbəb oldu. Sanki 3 aylıq bir məktəbdə oxuduq, indi
                                    də
                                    məzun oluruq. Həyatımızda gözəl bir iz buraxdığınız üçün hamınız haqqınızı halal
                                    edin.
                                
                             
                            
                                Gülhanə Nəcəflİ (VTP'21 Yaz) 
                                Mən də hər kəsə
                                    təşəkkürümü bildirirəm. Mənim üçün faydalı 3 ay
                                    oldu. Hər şeyə görə çox sağolun.
                                
                             
                            
                                Aytən Qurbanova (VTP'21 Yaz) 
                                Başda, Alim
                                    bəy, siz olmaqla, VTP komandasına təşəkkürlərimi
                                    bildirirəm. Bu müddət ərzində çox şey öyrəndik sizlərdən. Və belə aktiv komanda
                                    yoldaşlarımla birlikdə olduğuma məmnun oldum. Hər şey üçün təşəkkürlər!
                                
                             
                            
                                Məhəmməd Quluzadə (VTP'21 Yaz) 
                                Mən bu təcrübə
                                    proqramında həm texniki, həm sosial biliklər əldə
                                    etdim. Amma bu proqramda insanların hayatında müsbət dəyişikliklər yaratma, daima
                                    öyrənmə, öyrətmə və bundan həzz almaq kimi şeyləri prinsip etməyə çalışdım. Gələcək
                                    həyatıma böyük dəyər qatdığımı düşünürəm. Yəni bu texniki və sosial bilikləri bir
                                    çox
                                    müəssisədə əldə edə bilərik. Amma bu idarəçilik mədəniyyəti örnəyini, geniş vizyonu
                                    hər
                                    şirkətdə görməyəcəkdik. Bu da gələcəkdə peşəkar həyata daha kiçik baxış bucağı ilə
                                    baxmağıma səbəb olacaqdı. Ümumiyyətlə iş dünyasına baxışım dəyişdi. Həqiqətən çox
                                    əziyyət çəkdiniz. Hər şey üçün minnətdaram.
                                
                             
                            
                                Səİdə Məmmədova (VTP'21 Yaz) 
                                Mən bu
                                    təcrübə proqramına müraciət edərkən Satınalma və Mühasibatlıq
                                    şöbələri üzrə qərarsız qalmışdım, daha sonra satınalma üzrə təcrübə imkanlarının
                                    nisbətən daha az olduğunu düşünüb bu sahəni seçdim. Sizə də təşəkkür edirəm ki,
                                    digər
                                    şöbələr üzrə də görüşlərə qatılmaq imkanı yaratdınız. Beləliklə, həm Anar bəydən,
                                    Mehman
                                    bəydən, həm də Mühasibatlıqdan Müslüm və Ceyhun bəydən də çox şey öyrəndim. Təkcə
                                    sizlərdən deyil, digər iştirakçılardan da öyrəndiyimiz yeni şeylər oldu. Emre bəyin
                                    də
                                    zəhməti danılmazdır təbii ki. Təşəkkür edirəm hər birinizə, VTP`21-in bir parçası
                                    olmaq
                                    çox xoş oldu!
                                
                             
                            
                                Kənan Əhmədlİ (VTP'21 Yaz) 
                                Mən də
                                    hər
                                    kəsə təşəkkürümü bildirirəm. Bu zaman içində
                                    qazandıqlarım karyeram üçün olduqca faydalı olduğunu düşünürəm, həmçinin rəqabətli
                                    və
                                    səmimi mühitdə olduğuma görə çox məmnun oldum. Bir daha təşəkkürlər!
                                
                             
                            
                                Şəfəq Süleymanova (VTP'21 Yaz) 
                                Mən də
                                    təşəkkür edirəm hər kəsə, demək olar ki həftə içi hər gün
                                    dəyərli vaxtınızı bizə ayırdığınız üçün. Mənim üçün də faydalı oldu bu proqram,
                                    xüsusilə
                                    də Mühasibatlıq şöbəsi ilə görüşlər mühasiblik işinə olan marağımı artırdı,
                                    karyerama
                                    mühasib olaraq başlamaq qərarımı da bu proqrama qoşulduqdan sonra dəqiqləşdirdim. 
                                
                             
                            
                                Məhəmməd Nəbİzadə (VTP'21 Yaz) 
                                Əvvəla
                                    hər
                                    kəsə təşəkkür edirəm bu gözəl
                                    fürsət üçün. Həqiqətən çox şey öyrəndim və gözlədiyimdən daha da maraqlı və faydalı
                                    oldu. 3 illik universitet təhsilimdə öyrəndiyimdən daha çox bilgi əldə etdim bu 3
                                    ayda.
                                
                             
                            
                                Günay Həsənova (VTP'21 Yaz) 
                                VTP'21
                                    proqramının istər mənəvi, istərsə də akademik cəhətdən
                                    qatdığı dəyər ölçülməzdi mənə görə. Bəlkə günün birində kiməsə karyera rəhbərliyi
                                    edə
                                    bilsəm, hər halda sözlərimə bu proqramdan əldə etdiklərimlə başlayacam. Elə bir
                                    görüş,
                                    elə bir video vebinar olmadı ki, burdan nələrisə öyrənməyim. Bizlərə bu cür imkan və
                                    şans tanıdığınız üçün başda Alim bəy olmaqla, proqramda əməyi keçən hər kəsə
                                    təşəkkür
                                    edirəm. Haqqınızı halal edin!
                                
                             
                            
                                Elvİn Ağalarov (VTP'20)
                                2 ay
                                    ərzində
                                    əməyi keçən hər kəsə təşəkkür edirəm və bu sayədə özümü
                                    inkişaf etdirmək şansını verdiyiniz üçün minnətdaram. İnşallah iş həvəsimizlə əla
                                    layihələrə imza atarıq.
                                
                             
                            
                                Elmar Xəlilov (VTP'20)
                                Mən də
                                    öz
                                    adıma kollektivə təşəkkürümü bildirirəm. Şirkət
                                    mədəniyyətinin və iş mühitinin nə dərəcədə önəmli olduğunu, spesifik bilgilərlə
                                    bərabər
                                    dünya görüşü və hər sahədən nələrisə öyrəndim. Daha yaxşı, uğurlu günlər diləyilə,
                                    minnətdaram hər bir kəsə.
                                
                             
                            
                                Səkİnə Qulİyeva (VTP'20)
                                Hər
                                    birinizə
                                    sonsuz təşəkkürümü bildirirəm. Sayənizdə karantin çox
                                    maraqlı və öyrədici oldu. Bir çox yeni informasiyalar öyrəndim. Seçilən dostlarımızı
                                    təbrik edirəm və bütün proqram iştirakçılarına uğurlar arzu edirəm.
                                
                             
                            
                                Aydan Atakİşİyeva (VTP'20)
                                Sadəcə
                                    öz
                                    adıma deyə bilərəm ki, sizin sayənizdə 2 ay dayanmadan hər
                                    gün bir şeylər öyrəndim. Qazandığım hər bir uğurun arxasında həmişə sizin imzanız
                                    olacaq. Yeni proqramlarda daha çox insanlara faydalı olacağınıza heç bur şübhəm
                                    yoxdur.
                                
                             
                            
                                Zəhra Vəlİzadə (VTP'20)
                                 Hər bir
                                    iştirakçını təbrik edirəm. Gələcək iş həyatınızda uğurlar!
                                    Şübhəsiz ki, "VTP 2021" də çox faydalı bir proqram olacaq 
                                
                             
                            
                                Zəhra Sadıqova (VTP'20)
                                
                                    Həqiqətən çox
                                    faydalı və maraqlı proqram oldu. Təşəkkürlər bütün
                                    komandaya! Hər kəsə uğurlar!
                                
                             
                            
                                Tərlan Hüseynova (VTP'20)
                                Yeni
                                    layihə
                                    xeyirli, uğurlu olsun! Yeni layihədə bir daha təlimlərə
                                    qoşulmaq istəyirəm.