Sosial məsuliyyət prinsipindən çıxış edərək "2020-ci ildə 20 gəncin həyatına toxunaq!" şüarı ilə ilk əyani təcrübə proqramımızı həyata keçirdik. 2020-ci ilin ilk yarısında "Covid-19" pandemiyasının qlobal səviyyədə yayılmasından sonra ölkəmizdə müəyyən məhdudiyyətlərin qüvvəyə minməsi ilə əyani təcrübə proqramımızı davam etdirmək mümkün olmadı. Pandemiyanı fürsətə çevirərək daha çox gəncin həyatına toxuna bilmək üçün Özgün Yapı şirkəti olaraq "Virtual Təcrübə Proqramı" layihəsinə start verdik. Belə ki, 2020-ci il 21 oktyabr-21 dekabr tarixləri aralığında ilk "VTP" layihəsini həyata keçirdik. Proqrama olan yüksək tələbat növbəti illər üçün davamlı şəkildə virtual təcrübə proqramları təşkil etməyimizə zərurət yaratdı. Böyük maraqla qarşılanan "VTP'20 Payız", "VTP'21 Yaz", "VTP'21 Yay", "VTP'21 Payız", "VTP'22 Yaz", "VTP'22 Yay","VTP'22 Qış" və "VTP'23 Yay" proqramlarını bitirmiş və gəncləri işlə təmin etmişik.
Proqramın sonunda ən yüksək nəticə göstərmiş 3 iştirakçı qiymətli hədiyyələrlə təltif olunmuşdur
1-ci yer
MacBook Air2-ci yer
iPad3-cü yer
AirPods ProÖzgün Yapı, 1983-cü ildə ölkə iqtisadiyyatının aparıcı sektorlarından biri olan tikinti və inşaat sektorunda keyfiyyətli xidmətləri ilə xalqına qürur verən bir şirkət olmaq missiyasını əsas götürərək fəaliyyətə başlayır. Beynəlxalq bazarda yaratdığı dəyərlər ilə davamlı inkişafını qoruyan, rəqabət gücü ilə seçilən, strateji bir tərəfdaş kimi güvənli olan, zamanın gücü ilə irəliləyən, ətraf mühitə və insana qarşı həssas bir şəkildə dünyanın öndə gedən şirkətlərindən biri olmağı özünə hədəf seçmişdir. Şirkətimiz suvarma, bənd, liman, metro, dəmiryolu, magistral yollar, körpü layihələri ilə tikinti sektoruna öz töhvəsini verir. 11 şirkət və 10 minə yaxın işçisi ilə fəaliyyət göstərən şirkətin Azərbaycan Respublikasındakı filialı 2013-cü ildə qeydiyyata alınaraq öz fəaliyyətinə başlamışdır. Filialın fəaliyyətə başladığı ilk dövrdən əsas hədəfi Azərbaycanda yol tikintisinin inkişafında böyük uğurlara nail olmaq olmuşdur. Fəaliyyət göstərdiyi hər bir sahədə ən yaxşıya imza atmağa çalışan Özgün, yerli və beynəlxalq mühitdə imzasını atdığı uğurlu layihələr ilə gələcəyi şəkilləndirir.
Təcrübə Proqramının məqsədi gənclərə öz ixtisasları və ya digər sahələr üzrə təcrübə qazanmaq imkanı yaratmaq, gələcək kariyeralarında müvəffəqiyyətə nail olmalarını təmin edəcək bacarıqları və özgüvəni inkişaf etdirmələrinə yardım etmək, cəmiyyətdə ixtisaslı kadrların formalaşmasına dəstək olmaqdır.
Tətbiqlər haqqında qısa məlumatlar.
“Google” tərəfindən təhsil və təlim mərkəzləri üçün yaradılan, öyrənmə mərhələlərini kağızsız və rəqəmsal şəkildə həyata keçirməyi hədəfləyən platformadır. Eyni interaktiv sinifdə yer alan istifadəçilər öyrənmə, test və dəyərləndirmə kimi proseslərdə bir arada iştirak edə bilər. Platforma sinifi yaradan admin və ya adminlər tərəfindən idarə edilir.
Bitrix24 standart CRM proqramından çoxu və biznesin inkişafı vasitəsidir. Bu, biznesdə qarşılıqlı əlaqələri və daxili kommunikasiyaları bir platformadan idarə etməyə imkan verir. İstifadə imkanları və funksiyonallığı yüksək səviyyədə olan bu platformanı həm mobil versiya üzərindən, həm də veb səhifəsi şəkilində kompüterlərdə istifadə etmək mümkündür.
Odoo şirkətlərin bütün ehtiyaclarını əhatə edən açıq mənbəli biznes proqramları toplusudur: CRM, e-ticarət, mühasibat uçotu, inventar, satış, layihənin idarə edilməsi və s. Daxilində olan Odoo Games - praktik vərəqlər vasitəsilə "Odoo Scale Up!" biznes oyunu gənclərə inteqrasiya olunmuş idarəetmə proqramının funksiyalarını addım-addım kəşf etməyə imkan verir
Pandemiya dövründə məhşurlaşan və milyonlarca istifadəçi sayına çatan Zoom platforması çoxsaylı qruplar, komandalar üçün məsafədən video bağlantı qurmaq üçün istifadə edilir. Tətbiq sahəsi sadəcə video bağlantı ilə məhdudlaşmayan bu platformada bağlantı zamanı bir çox inkişaf etdirilmiş funksiyalardan istifadə etmək mümkündür.
Proqram müddətində ediləcəklərin yol xəritəsi
VTP'20 , VTP'21 Yaz , VTP'21 Yay, VTP'21 Payız , VTP'22 Yaz, VTP'22 Yay və VTP'22 Qış təcrübə proqramında iştirak edənlərin layihə haqqında düşüncələri
Mənim üçün çox faydalı bir 3 ay oldu. Virtual şəkildə olduğu üçün gözləntilərim də o yöndə idi, lakin bu qədərini təsəvvür etmirdim. Hər şeydən öncə HR sahəsinin bilmədiyim hissələri ilə tanış oldum. Nəyin ki bilmədiklərimi, daha öncə tanış olmadığım proqramları öyrənmiş, tanımış oldum. Bununla yanaşı özümü tanımaq üçün də çox faydalı oldu proqram. Komandanız bir sıra əyani təcrübədən əldə edilməyəcək bilik və təcrübələrini bizimlə bölüşdü. Sadəcə texniki bacarıqlar deyil, həmçinin bir çox yumşaq bacarıqlar da əldə etmiş oldum. İndiyə qədər bəlkə də diqqət etmədiklərimizin əslində necə də önəmli olduğunu, əmək bazarında nəyin gələcəyi və önəmi olduğunu göstərdiniz. Ən əsası bunu könüllü şəkildə və ciddi bir məsuliyyət ilə etdiniz. İnşallah "VTP" ilə qurduğumuz bu əlaqələr davamlı və hər iki tərəfə faydalı olar.
Yeni məzun olmuş biri kimi demək istəyirəm ki, həqiqətən "VTP" çox faydalı oldu mənim üçün. Çünki bilmədiyim bir çox şeyləri öyrənməyə kömək oldu. Təcrübə proqramına qatıldığım üçün məmnun oldum. Hər birinizə təşəkkür edirəm.
Düşünürəm ki bu təcrübə proqramı bizim hər tərəfli inkişafımıza və biliklər əldə etdiyimizə kömək oldu. Hər şey üçün təşəkkürlər.
Hər şey üçün çox sağ olun. "VTP" gözləntilərimin üzərində bir təcrübə proqramı oldu. Öyrətdikləriniz, anlayışınız və səbriniz üçün təşəkkür edirəm.
Mən öz adımdan bu proqramda əməyi keçən hər kəsə təşəkkür edirəm. Öz adıma deyə bilərəm ki, mənim üçün çox faydalı oldu. Bu proqram həm mənə hansı işi seçməli olduğum mövzusunda istiqamət verdi, həm də yeni şeylər öyrəndim.
Mən bu təcrübə proqramında əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Mənim üçün çox fərqli, faydalı təcrübə oldu. Bütün "VTP" iştirakçılarına uğurlar arzu edirəm.
Belə bir proqram yaratdığınız üçün, xüsusilə biznes sahəsində təhsil alan və hansı sahə üzrə ixtisaslaşmaqda qərarsız qalan gənclərdən biri olaraq, sizə təşəkkür edirəm. Proqram həm şəxsi inkişafım üçün, həm də karyera yolum üçün çox faydalı oldu.
Başda Alim bəy olmaqla, proqramı təşkil edən hər kəsə təşəkkür edirəm. Mənim üçün çox faydalı oldu. Təcrübəmə təcrübə qatdı bu proqram. Bütün iştirakçılara karyera həyatında uğurlar arzulayıram.
Çox faydalı oldu proqram... Əziyyəti keçən hər kəsə təşəkkür edirəm. Özəlliklə, məlumatlandırmada yalnız sektor olaraq deyil, bağlantılı mövzulara da toxunmağınız ümumi məlumat almağımıza dəstək oldu, özgüvənimizin artmasına müsbət təsir etdi deyə düşünürəm. Başlanğıcda mən də virtual olduğuna görə bir qədər soyuq yanaşmışdım, amma koordinasiyanız, sistemliliyiniz çox xoşuma gəldi. Azərbaycan mühitində az rast gəlinir belə örnəklərə. Hər şey üçün təşəkkürlər.
Xüsusilə, inşaat sahəsində onlayn təcrübə proqramı necə olacaq deyə tərəddüddə idim. Lakin çox faydalı və maraqlı keçdi. Hərkəsə təşəkkür edirəm.
Əməyi keçən hər bir kəsə təşəkkür edirəm. Ümumiyyətlə, bu proqramın həyatıma qatdığı üstünlüklər həddən artıq çoxdur. İstər İT sahəsində, istərsə də digər sahələrdə yetərincə faydalı, ətraflı məlumatlar əldə etdim. Bir daha təşəkkürlər!
Proqram çox maraqlı keçdi, bal sıralaması, xüsusilə, rəqabət olduğu üçün maraqlı idi. Başda Alim bəy, Anar bəy və Mehman bəy olmaqla, hər bir kəsə təşəkkür edirəm!
Bu proqram mənim sahə biliklərimə və biznes sahəsi üzrə nələr edə biləcəyimə toxunduğu üçün özümü çox şanslı hiss edirəm. Bu arada VTP təcrübə proqramı "UNEC"-də olduqca rəğbət bəslənən bir proqramdır. Mən bu proqrama ilk dəfə qrup yoldaşlarımla müraciət etdim, üçüncü müraciətdə seçilməyimə baxmayaraq, yenə də çox şanslıyam, çünki mənə qatqısı çox oldu, həm əylənib, həm də öyrənməyi bacardıq. Həmçinin planlı və özgüvənli olmağı öyrətdi. Başda siz, Alim bəy və Çinarə xanım olmaqla, əməyi keçən hər kəsə təşəkkür edirəm.
Mən də öz adımdan əməyi keçən hərkəsə öz təşəkkürümü bildirirəm. Bir-birindən maraqlı və faydalı görüşlər, dəyərli məlumatlar əldə etdiyim üçün çox təşəkkür edirəm. Yaxşı ki yolum "VTP"-dən keçdi!
Proqram çox faydalı oldu... Verilən tapşırıqları əlimizdən gəldiyi qədər yerinə yetirməyə çalışdıq. Öz adıma danışsam, yeni texnologiyalar ilə tanış oldum. Bu texnologiyaları əlimdən gəldiyi qədər tapşırıqlarda da tətbiq etməyə çalışdım. Proqramın mənə qatdığı vacib nüanslardan biri də sərbəst şəkildə daha yaxşı, daha sürətli işləməyimə kömək olması idi. Əməyi keçən hər kəsə bir daha təşəkkür edirəm, çox sağ olun.
Mən, bu təcrübə proqramına qoşulanda layihədən gözləntilərimiz hissəsinə seçdiyim sahə üzrə bilik və bacarıq qazanmaq, yeni təcrübələr əldə etmək deyə qeyd etmişdim. Həqiqtən də keçən 3 aya baxanda, tamamilə, fərqli sahələrdə hər gün, hər dərsdən yeni şeylər öyrənməyin, yeni dəyərli insanlar tanımağın sevinci var üzərimdə. Əsas məqsədimiz nəsə öyrənmək, öyrənərək əylənməkdir hər zaman. Gəncləri düzgün yönləndirdirməyiniz, yeni iş mühitinə, həyata qazandırmağınız bu işin ən dəyərli hissəsidir. Əməyi keçən hər kəsə təşəkkür edirəm!
Virtual təcrübə proqramı istər rəqəmsal marketinq sahəsi, istərsə də biznes sahəsi üzrə olsun, biliklərimin inkkişafına müsbət təsir göstərdi. Əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm.
Başda Alim bəy olmaqla, Nəzrin xanım, Ramiz bəy və digər əməkdaşlara təşəkkür edirəm, çox sağ olun. Biznes mühiti və rəqəmsal marketinq haqqında çoxlu yeni bilgilər əldə etdim. Proqramın necə tez keçdiyini bilmədim, bir daha təşəkkürlər!
Təkcə biznes və şöbə görüşləri ilə deyil, ümumi mənada həyat baxışıma toxundu "VTP". Heç bir təcrübə olmadan başladığım bu yolun sonunda nə qədər yeni məlumat öyrəndiyimi sayıb bitirə bilmərəm belə. Başda fərqinə varmasam da, bu şansın ilk dəfədən mənə tanınması böyük bir lütf idi mənim üçün, keçən zamanla başa düşdüm. Başda biliyin paylaşdıqca artdığını öyrədən Alim bəy, çox mehriban və əziz şöbə rəhbərimiz Taleh bəy və hər problemdə yanımızda olan Günay xanım olmaqla, əməyi keçən hər kəsə təşəkkür edirəm.
Təcrübə proqramı onlayn olmasına baxmayaraq, mənim üçün çox faydalı oldu, əsasən də, texniki biliklərimi, "deadline" ilə işləmək bacarıqlarımı inkişaf etdirdim. Alim bəy, tələbələr üçün belə bir virtual təcrübə proqramı təşkil etdiyinizə görə sizə təşəkkür edirəm. Həmçinin şöbələri idarə edən rəhbərlərə, əməyi keçən hər kəsə təşəkkür edirəm!
Alim bəy, mən də çox təşəkkür edirəm bu proqram üçün. Mənə özümü tapmaqda kömək oldu. Onlayn olması mənim üçün üstünlük idi. Çünki mən rayonda yaşayıram və bu proqramın onlayn olması mənim üçün əsl fürsət oldu. Çox şey öyrəndim, özümü inkişaf etdirdim. Buna vəsilə olduğunuz üçün çox minətdaram sizə. Çox sağ olun, İşlərinizdə uğurlar!
İlk öncə bu proqramın təşkili və həyata keçirilməsində əməyi keçən hərkəsə təşəkkür edirəm. Alim bəy, sizin seminarlarınız, Taleh bəyin İR-dən verdiyi məlumatlar və praktiki tapşırıqlar çox faydalı oldu.Təşəkkürlər bütün əməkdaşlarınıza.
Bu proqramın təşkil edilib həyata keçirilməsində əmək sərf edən hər kəsə öz təşəkkürümü bildirirəm. Həqiqətən iş və sıx qrafikə baxmayaraq, bizlərə də vaxt ayırıb məlumatlandırdınız. Həqiqətən də təqdirəlayiqdir. Sizlərə, həmçinin digər təcrübəçilərə uğurlar arzulayıram!
Öncəliklə, VTP komandasına dərin təşəkkürlərimi bildirirəm, yaxşı ki, belə bir proqram var və mən də bu proqrama qoşuldum. Mən İnsan Resursları sahəsində karyeramı qurmaq istəyirəm və bu sahədə mənim ilk təcrübəm oldu. Taleh beyin sayəsində bu sahədə biliklər əldə etdim. Praktiki tapşırıqlar çox faydalı oldu. Her şey üçün təşəkkür edirəm. Sizləri tanımaq məniim üçün çox xoş oldu. İşlərinizdə uğurlar arzu edirəm!
Salam, mənim üçün VTP-nin ən yaxşı xüsusiyyətləridən biri istədiyim şöbələrin dərslərinə qoşula bilməyim idi. Maraqlı olan şöbələrə və maraqlı olan mövzuların görüşlərinə qoşula bilmə fürsəti əldə etdim. Bundan əlavə real iş ortamından insanlarla təşkil edilən görüşlərdə suallarıma cavab tapa bildim. Alim bəyin görüşlərində yeni bilgilər öyrəndim. Ən əsası da bu proqramda nələri bilmədiyimi də öyrəndim. Belə bir fürsəti yaratdığınız üçün əməyi keçən hər kəsə təşəkkürlərimi bildirirəm!
Mən də VTP komandasının hər bir üzvünə öz dərin minnətdarlığımı bildirirəm. Şəxsi inkişafımda yeni bir mərhələ, yeni bir addım oldu. Belə proqramı təşkil edib, tələbələrə, gənclərə şərait yaratdığınız üçün çox sağ olun. HR sahəsində Taleh bəyin sayəsində təməl bilgilərə sahib oldum. Praktiki tapşırıqlar isə ayrıca maraqlı və öyrədici idi. Hər birinizə təşəkkürlər və iş həyatınızda uğurlarr!
Bizə çox faydalı 3 ay bəxş etdiniz. Ən əsası real iş təcrübəsi ilə və kollektivlə tanış olduq. Bütün kollektivə əməkləri üçün təşəkkürlər! Proqramda iştirak edən hər kəsə uğurlar!
Məndə eyni anda həm Təhsil İnstitunda mentor kimi həm də, VTP-də iştirakın necə olduğunu düşünürdüm. Hər şey maraqlı oldu.
Bu təcrübə proqramı vasitəsilə real iş təcrübəsi ilə tanış oldum. IT ilə yanaşı biznesin də əsaslarını öyrəndim. Çox təşəkkür edirəm ki, gənclərə bu şansı yaratdınız.
Bizə bu imkanı yaratdığınız üçün çox təşəkkürlər. 3 ay boyunca bizə çox böyük qatqılarınız oldu.
Əsas da baxış bucağımı dəyişdiyiniz üçün yeni fikirlər və biliklər qazadırdığınız üçün çox sağolun.
Artıq mənim ətrafımda hər kəs qoşulmaq istəyir. Bu 3 ayda bizə geniş vizyon qazandırdınız, çox dəyərli görüşlərimiz oldu, ən əsası daim nəsə öyrətməyə çalışırdınız, suallarımıza aktiv cavab verdiniz. Çox təşəkkür edirəm!
Qatıldığım ən gözəl təcrübə proqramı oldu. Bizə qatdıqlarınıza görə hər birinizə dərin minətdarlığımı bildirirəm!
Proqrama ilk müraciət edəndə virtual təcrübə proqramı olduğu üçün tərəddüd içərisində idim, amma indi görürəm ki, bu 3 ay ərzində bir çox şey əldə etmişəm. Şöbə görüşlərində, karyera görüşlərində, Emre bəylə excel dərslərində və daha bir çox görüşdə bir çox bilik əldə etdim. Buna görə Alim bəyə və proqramda zəhməti olan hər kəsə təşəkkür edirəm.
Başda Alim bəy olmaqla HR şöbəsi üzrə bizi dəyərli məlumatlarla sahənin dərinlikləri ilə tanış etdiyinə görə Taleh bəyə dərin təşəkkürümü bildirirəm. VTP boyunca təkcə HR şöbəsi ilə bağlı deyil, digər şöbələrin də görüşlərinə qatılıb hərtərəfli inkişaf üçün faydalandım. Hər bir şöbənin rəhbərinə minnətdaram. Bizə qatdığınız dəyər üçün çox sağolun!
Bizim üçün bu 3 ay çox maraqlı və faydalı təcrübə oldu. Ən bəyəndiyim təlimlər HR və rəhbərlərlə görüşlər idi. Sadəcə istəyərdim ki, HR təlimləri həftədə ya iki dəfə, ya da 1 saat 30 dəqiqə olsun. Taleh bəy çox maraqlı izah edirdi təlimi ona görə də doymadım HR təlimlərindən.
Mən başda Alim bəy olmaqla, təşkilatda əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Öyrəndiklərimin kariyerama müsbət təsir edəcəyinə inanıram. Bundan əlavə təcrübə müddətində çox əyləndim, əylənərkən öyrəndim. Ofisi ziyarət etdikdə qonaqpərvərliyiniz, səmimi kollektiviniz xüsusən diqqətimi cəlb etdi. Bütün bunlara görə, yeni VTP-yə qoşulmağa artıq bir neçə dostumu təşviq etmişəm. Heç bir qarşılıq gözləmədən belə layihələr təşkil etdiyiniz üçün bütün gənclər adına minnətdaram!
Mən də öz adımdan əməyi olan hamına təşəkkür edirəm. Alim bəy, Taleh bəy, Emre hocadan, bütün təlimlərdən, Odoo gamesden çoxlu yeni, maraqlı şeylər öyrəndim. Çox sağolun belə bir program təşkil etdiyiniz üçün. Məhəmməd bəy və Nihal xanıma da bütün suallarımızı cavablandırdıqları, səmimi yanaşmaları üçün təşəkkürlər.
Mən də öz adıma həm ön planda , həm arxa planda çalışan hər kəsə təşəkkürümü bildirirəm. Biz gənclərə dəstək verdiyiniz üçün sizə minnətdaram.
Hər birinizə bizə yaratdığınız bu imkana görə təşəkkür edirəm. İmkanların bu qədər məhdud olduğu bir vaxtda bizə çox şey öyrtədiniz. Xüsusilə Taleh müəllim, bütün suallarımıza səbrlə cavab verdiyiniz, heç bir məsələnin qaranlıq qalmasına imkan vermədiyiniz üçün təşəkkürlər.
Məndə Alim bəy, Anar bəy, Nihal xanım başda olmaqla, bütün heyətə öz təşəkkürümü bildirirəm. Çox sağolun iş vaxtınızdan bizə zaman ayırdığınız üçün istər sahəmizlə bağlı, istər şəxsi keyfiyyətlərimizi inkişaf etdirməklə bağlı gözəl məlumatlar edindik. Əylənərkən öyrəndik, öyrənərkən əyləndik. Bir daha təşəkkürlərr
Hərkəsə öz əməyinə və bizə verdiyi faydalı məlumatlara, yeni biliklərə görə sonsuz təşəkkürümü bildirirəm
Təcrübə proqramı boyunca Buta Grup əməkdaşlarına öz səmimiyyətinə və göstərdiyi köməklərinə görə təşəkkür edirəm. Təcrübə proqramı boyunca həqiqətən yeni şeylər öyrəndik, həm şöbələrlə görüşlər, həm rəhbərlər ilə həm də motivasiya videolar hər biri çox şey qatdı bizə. Bütün əziyyətləriniz üçün bir daha Təşəkkürlər
Hər şey üçün təşəkkür edirəm. Unudulmaz bir yay yaşadıq sayəsinizdə. Həm əyləndik, həm öyrəndik. Haqqınızı halal edin. Çox sağ olun.
Çox tez keçdi 3 ay. Bu təcrübə proqramına qoşularkən heç də bu qədər çox şey öyrənə biləcəyimi təxmin etmirdim. Virtual olduğu üçün bu qədər səmimi bir mühit olacağını da gözləmirdim. Çox təşəkkürlər hər birinizə, xüsusən də Alim bəy sizə, bizə belə bir fürsət yaratdığınız üçün. Mənim üçün gözəl bir təcrübə oldu. Hər görüşə böyük həvəslə qatılırdım. Digər iştirakçıları tanıdığım üçün də şad oldum. Bir sözlə gözləntilərimin qat-qat üstündə bir praqram oldu. Əziyyətlərinizi halal edin.
Başda təşkilatçılıq üçün, Alim bəy, sizə, daha sonra isə Nihal xanım və Amil bəyə bütün suallarıma və təkliflərimə çox səbrli və operativ bir şəkildə cavab verdiyi üçün təşəkkür edirəm. Ümumilikdə hər bir şey əla idi.
Onlayn şəkildə gözlədiyimdən qat-qat çox şey öyrəndim. Ümumiyyətlə, tapşırıqlar, görüşlər maraqlı və öyrədici olurdu. Ən çox sevdiyim "SWOT" analiz, "Process" və "Mind Mapping" şəklində olan tapşırıqlar idi. Praktik olaraq yerinə yetirdiyimiz üçün asanlıqla yadda qalırdı.
Mən də təşəkkür edirəm hər şey üçün. Qoşulduğum görüşlərdə özümü daha da inkişaf etdirdiyimi və gələcək üçün mənə böyük faydası olduğunu düşünürəm. Sizin komandanın üzvü olmaq xoş oldu.
Xüsusilə pandemiya dövründə belə bir proqramla tanış olub qatılmağım həm motivasiyamı yüksək tutmağıma, həm də səmimi bir mühitdə sosiallaşaraq bərabər öyrənmənin sevincini yaşamağıma səbəb oldu. Sanki 3 aylıq bir məktəbdə oxuduq, indi də məzun oluruq. Həyatımızda gözəl bir iz buraxdığınız üçün hamınız haqqınızı halal edin.
Mən də hər kəsə təşəkkürümü bildirirəm. Mənim üçün faydalı 3 ay oldu. Hər şeyə görə çox sağolun.
Başda, Alim bəy, siz olmaqla, VTP komandasına təşəkkürlərimi bildirirəm. Bu müddət ərzində çox şey öyrəndik sizlərdən. Və belə aktiv komanda yoldaşlarımla birlikdə olduğuma məmnun oldum. Hər şey üçün təşəkkürlər!
Mən bu təcrübə proqramında həm texniki, həm sosial biliklər əldə etdim. Amma bu proqramda insanların hayatında müsbət dəyişikliklər yaratma, daima öyrənmə, öyrətmə və bundan həzz almaq kimi şeyləri prinsip etməyə çalışdım. Gələcək həyatıma böyük dəyər qatdığımı düşünürəm. Yəni bu texniki və sosial bilikləri bir çox müəssisədə əldə edə bilərik. Amma bu idarəçilik mədəniyyəti örnəyini, geniş vizyonu hər şirkətdə görməyəcəkdik. Bu da gələcəkdə peşəkar həyata daha kiçik baxış bucağı ilə baxmağıma səbəb olacaqdı. Ümumiyyətlə iş dünyasına baxışım dəyişdi. Həqiqətən çox əziyyət çəkdiniz. Hər şey üçün minnətdaram.
Mən bu təcrübə proqramına müraciət edərkən Satınalma və Mühasibatlıq şöbələri üzrə qərarsız qalmışdım, daha sonra satınalma üzrə təcrübə imkanlarının nisbətən daha az olduğunu düşünüb bu sahəni seçdim. Sizə də təşəkkür edirəm ki, digər şöbələr üzrə də görüşlərə qatılmaq imkanı yaratdınız. Beləliklə, həm Anar bəydən, Mehman bəydən, həm də Mühasibatlıqdan Müslüm və Ceyhun bəydən də çox şey öyrəndim. Təkcə sizlərdən deyil, digər iştirakçılardan da öyrəndiyimiz yeni şeylər oldu. Emre bəyin də zəhməti danılmazdır təbii ki. Təşəkkür edirəm hər birinizə, VTP`21-in bir parçası olmaq çox xoş oldu!
Mən də hər kəsə təşəkkürümü bildirirəm. Bu zaman içində qazandıqlarım karyeram üçün olduqca faydalı olduğunu düşünürəm, həmçinin rəqabətli və səmimi mühitdə olduğuma görə çox məmnun oldum. Bir daha təşəkkürlər!
Mən də təşəkkür edirəm hər kəsə, demək olar ki həftə içi hər gün dəyərli vaxtınızı bizə ayırdığınız üçün. Mənim üçün də faydalı oldu bu proqram, xüsusilə də Mühasibatlıq şöbəsi ilə görüşlər mühasiblik işinə olan marağımı artırdı, karyerama mühasib olaraq başlamaq qərarımı da bu proqrama qoşulduqdan sonra dəqiqləşdirdim.
Əvvəla hər kəsə təşəkkür edirəm bu gözəl fürsət üçün. Həqiqətən çox şey öyrəndim və gözlədiyimdən daha da maraqlı və faydalı oldu. 3 illik universitet təhsilimdə öyrəndiyimdən daha çox bilgi əldə etdim bu 3 ayda.
VTP'21 proqramının istər mənəvi, istərsə də akademik cəhətdən qatdığı dəyər ölçülməzdi mənə görə. Bəlkə günün birində kiməsə karyera rəhbərliyi edə bilsəm, hər halda sözlərimə bu proqramdan əldə etdiklərimlə başlayacam. Elə bir görüş, elə bir video vebinar olmadı ki, burdan nələrisə öyrənməyim. Bizlərə bu cür imkan və şans tanıdığınız üçün başda Alim bəy olmaqla, proqramda əməyi keçən hər kəsə təşəkkür edirəm. Haqqınızı halal edin!
2 ay ərzində əməyi keçən hər kəsə təşəkkür edirəm və bu sayədə özümü inkişaf etdirmək şansını verdiyiniz üçün minnətdaram. İnşallah iş həvəsimizlə əla layihələrə imza atarıq.
Mən də öz adıma kollektivə təşəkkürümü bildirirəm. Şirkət mədəniyyətinin və iş mühitinin nə dərəcədə önəmli olduğunu, spesifik bilgilərlə bərabər dünya görüşü və hər sahədən nələrisə öyrəndim. Daha yaxşı, uğurlu günlər diləyilə, minnətdaram hər bir kəsə.
Hər birinizə sonsuz təşəkkürümü bildirirəm. Sayənizdə karantin çox maraqlı və öyrədici oldu. Bir çox yeni informasiyalar öyrəndim. Seçilən dostlarımızı təbrik edirəm və bütün proqram iştirakçılarına uğurlar arzu edirəm.
Sadəcə öz adıma deyə bilərəm ki, sizin sayənizdə 2 ay dayanmadan hər gün bir şeylər öyrəndim. Qazandığım hər bir uğurun arxasında həmişə sizin imzanız olacaq. Yeni proqramlarda daha çox insanlara faydalı olacağınıza heç bur şübhəm yoxdur.
Hər bir iştirakçını təbrik edirəm. Gələcək iş həyatınızda uğurlar! Şübhəsiz ki, "VTP 2021" də çox faydalı bir proqram olacaq
Həqiqətən çox faydalı və maraqlı proqram oldu. Təşəkkürlər bütün komandaya! Hər kəsə uğurlar!
Yeni layihə xeyirli, uğurlu olsun! Yeni layihədə bir daha təlimlərə qoşulmaq istəyirəm.
"VTP" təcrübə proqramı ilə bağlı ən çox soruşulan sualların qısa cavabları ilə tanış ola bilərsiniz.
Təcrübə proqramı tamamilə ödənişsizdir və sosial bir layihədir.
VTP'23 YAY proqramına müraciət müddəti bitmişdir. Yeni VTP proqramlarından xəbərdar olmaq üçün bizi izləmədə qalın!
Təcrübə proqramı tələbə və məzunların iştirakı üçün təşkil edilmişdir. Bu səbəbə görə proqramda məktəblilərin iştirakı nəzərdə tutulmamışdır.
Proqramın əsas hissəsi (2-3 aylıq period) virtual olaraq onlayn şəkildə aparılacaqdır. Bu müddət bitdikdən sonra aktiv iştirakçılarla oflayn müsahibə və fiziki təcrübə keçmə imkanı nəzərdə tutulmuşdur.