Özgün Yapı Sanayi ve Ticaret A.Ş. tamamilə yenilənmiş və daha əhatəli "VTP'22" adlı yay təcrübə proqramı layihəsini elan edir. Rəqəmsal mühitin üstünlüklərindən yararlanaraq, öyrənərək təcrübə qazanmağa və karyeranızda ilk addımı atmağa sizləri dəvət edirik. Bu fürsətdən yararlanmağın tam zamanıdır.
HaqqımızdaÖzgün Yapı Sanayi ve Ticaret A.Ş.
“Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi” başda inşaat olmaqla, enerji, kənd təsərrüfatı, heyvandarlıq, sığorta və digər xidmət sektorlarında 11 şirkət və 10 minə yaxın işçisi ilə fəaliyyət göstərməktədir. Şirkətin Azərbaycan Respublikasındakı Filialı 2013-cü ildə qeydiyyata alınaraq öz fəaliyyətinə başlamışdır. Fəaliyyətə başladığımız ilk dövrdən şirkətimizin əsas hədəfi yol tikintisinin inkişafında böyük uğurlara nail olmaq olmuşdur. Əsasən yol və körpü tikintisi layihələrini həyata keçirən şirkətimiz əcnəbi və yerli mütəxəssislərin peşəkarlığı nəticəsində bu sahədə öz üslubu ilə fərqlənir. Bununla yanaşı komandamız sosial məsuliyyət prinsipi ilə çıxış edərək ilkin mərhələdə real təcrübə proqramlarına başlamış, pandemiya dövrü ilə əlaqədar olaraq yeni layihələri onlayn şəkildə təşkil etməyi qərara almışdır. Bunun üçün 2020-ci il 21 oktyabr-21 dekabr tarixləri aralığında "Virtual Təcrübə Proqramı" layihəsini həyata keçirmişdir. Daha sonra növbəti illər üçün davamlı şəkildə virtual təcrübə proqramları keçirməyi hədəfləmişdir. Belə ki, böyük maraqla qarşılanan VTP'21 Yaz, VTP'21 Yay, VTP'21 Payız və VTP'22 Yaz proqramlarını bitirmiş və yenilənmiş VTP'22 Yay Proqramı ilə qarşınızdadır.
Təcrübə Proqramının məqsədi gənclərə öz ixtisasları və ya digər sahələr üzrə təcrübə qazanmaq imkanı yaratmaq, gələcək kariyeralarında müvəffəqiyyətə nail olmalarını təmin edəcək bacarıqları və özgüvəni inkişaf etdirmələrinə yardım etmək, cəmiyyətdə ixtisaslı kadrların formalaşmasına dəstək olmaqdır.
Namİzəd
İştİrakçı
Vebİnar
Tapşırıq
Rəhbərlə görüş
Praktİkİ Görüş
Tətbiqlər haqqında qısa məlumatlar.
Kaizala interaktiv şəkildə bağlantı qurmaq, viktorinalar təşkil etmək, anketlər yaratmaq, planlaşdırma aparmaq və anlıq olaraq fəaliyyətlər həyata keçirmək üçün istifadə edilən platformadır. Yeni olmasına baxmayaraq, istifadə imkanları və funksiyonallığı yüksək səviyyədə olan bu platformanı həm mobil versiya üzərindən, həm də veb səhifəsi şəkilində kompüterlərdə istifadə etmək mümkündür.
"Microsoft Teams" platforması video bağlantı vasitəsilə məsafədən tapşırıqlar vermək, komanda müzakirəsini təşkil etmək üçün interaktiv alətlərdən istifadə, sillabus, proqram və digər lazımi materialların ötürülməsi kimi imkanlar yaradır. Həmçinin böyük həcmli materialların yerləşdirilməsi, qiymətləndirmənin aparılması alətlərində istifadə, qrup işinin təşkili də bura daxildir.
“Google” tərəfindən təhsil və təlim mərkəzləri üçün yaradılan, öyrənmə mərhələlərini kağızsız və rəqəmsal şəkildə həyata keçirməyi hədəfləyən platformadır. Eyni interaktiv sinifdə yer alan istifadəçilər öyrənmə, test və dəyərləndirmə kimi proseslərdə bir arada iştirak edə bilər. Platforma sinifi yaradan admin və ya adminlər tərəfindən idarə edilir.
Bitrix24 standart CRM proqramından çoxu və biznesin inkişafı vasitəsidir. Bu, biznesdə qarşılıqlı əlaqələri və daxili kommunikasiyaları bir platformadan idarə etməyə imkan verir. İstifadə imkanları və funksiyonallığı yüksək səviyyədə olan bu platformanı həm mobil versiya üzərindən, həm də veb səhifəsi şəkilində kompüterlərdə istifadə etmək mümkündür.
Odoo şirkətlərin bütün ehtiyaclarını əhatə edən açıq mənbəli biznes proqramları toplusudur: CRM, e-ticarət, mühasibat uçotu, inventar, satış, layihənin idarə edilməsi və s. Daxilində olan Odoo Games - praktik vərəqlər vasitəsilə "Odoo Scale Up!" biznes oyunu gənclərə inteqrasiya olunmuş idarəetmə proqramının funksiyalarını addım-addım kəşf etməyə imkan verir
Pandemiya dövründə məhşurlaşan və milyonlarca istifadəçi sayına çatan Zoom platforması çoxsaylı qruplar, komandalar üçün məsafədən video bağlantı qurmaq üçün istifadə edilir. Tətbiq sahəsi sadəcə video bağlantı ilə məhdudlaşmayan bu platformada bağlantı zamanı bir çox inkişaf etdirilmiş funksiyalardan istifadə etmək mümkündür.
Proqram müddətində ediləcəklərin yol xəritəsi
VTP'20 , VTP'21 Yaz , VTP'21 Yay, VTP'21 Payız və VTP 22 Yaz təcrübə proqramında iştirak edənlərin layihə haqqında düşüncələri
Alim bəy, mən də çox təşəkkür edirəm bu proqram üçün. Mənə özümü tapmaqda kömək oldu. Onlayn olması mənim üçün üstünlük idi. Çünki mən rayonda yaşayıram və bu proqramın onlayn olması mənim üçün əsl fürsət oldu. Çox şey öyrəndim, özümü inkişaf etdirdim. Buna vəsilə olduğunuz üçün çox minətdaram sizə. Çox sağ olun, İşlərinizdə uğurlar!
İlk öncə bu proqramın təşkili və həyata keçirilməsində əməyi keçən hərkəsə təşəkkür edirəm. Alim bəy, sizin seminarlarınız, Taleh bəyin İR-dən verdiyi məlumatlar və praktiki tapşırıqlar çox faydalı oldu.Təşəkkürlər bütün əməkdaşlarınıza.
Bu proqramın təşkil edilib həyata keçirilməsində əmək sərf edən hər kəsə öz təşəkkürümü bildirirəm. Həqiqətən iş və sıx qrafikə baxmayaraq, bizlərə də vaxt ayırıb məlumatlandırdınız. Həqiqətən də təqdirəlayiqdir. Sizlərə, həmçinin digər təcrübəçilərə uğurlar arzulayıram!
Öncəliklə, VTP komandasına dərin təşəkkürlərimi bildirirəm, yaxşı ki, belə bir proqram var və mən də bu proqrama qoşuldum. Mən İnsan Resursları sahəsində karyeramı qurmaq istəyirəm və bu sahədə mənim ilk təcrübəm oldu. Taleh beyin sayəsində bu sahədə biliklər əldə etdim. Praktiki tapşırıqlar çox faydalı oldu. Her şey üçün təşəkkür edirəm. Sizləri tanımaq məniim üçün çox xoş oldu. İşlərinizdə uğurlar arzu edirəm!
Salam, mənim üçün VTP-nin ən yaxşı xüsusiyyətləridən biri istədiyim şöbələrin dərslərinə qoşula bilməyim idi. Maraqlı olan şöbələrə və maraqlı olan mövzuların görüşlərinə qoşula bilmə fürsəti əldə etdim. Bundan əlavə real iş ortamından insanlarla təşkil edilən görüşlərdə suallarıma cavab tapa bildim. Alim bəyin görüşlərində yeni bilgilər öyrəndim. Ən əsası da bu proqramda nələri bilmədiyimi də öyrəndim. Belə bir fürsəti yaratdığınız üçün əməyi keçən hər kəsə təşəkkürlərimi bildirirəm!
Mən də VTP komandasının hər bir üzvünə öz dərin minnətdarlığımı bildirirəm. Şəxsi inkişafımda yeni bir mərhələ, yeni bir addım oldu. Belə proqramı təşkil edib, tələbələrə, gənclərə şərait yaratdığınız üçün çox sağ olun. HR sahəsində Taleh bəyin sayəsində təməl bilgilərə sahib oldum. Praktiki tapşırıqlar isə ayrıca maraqlı və öyrədici idi. Hər birinizə təşəkkürlər və iş həyatınızda uğurlarr!
Bizə çox faydalı 3 ay bəxş etdiniz. Ən əsası real iş təcrübəsi ilə və kollektivlə tanış olduq. Bütün kollektivə əməkləri üçün təşəkkürlər! Proqramda iştirak edən hər kəsə uğurlar!
Məndə eyni anda həm Təhsil İnstitunda mentor kimi həm də, VTP-də iştirakın necə olduğunu düşünürdüm. Hər şey maraqlı oldu.
Bu təcrübə proqramı vasitəsilə real iş təcrübəsi ilə tanış oldum. IT ilə yanaşı biznesin də əsaslarını öyrəndim. Çox təşəkkür edirəm ki, gənclərə bu şansı yaratdınız.
Bizə bu imkanı yaratdığınız üçün çox təşəkkürlər. 3 ay boyunca bizə çox böyük qatqılarınız oldu.
Əsas da baxış bucağımı dəyişdiyiniz üçün yeni fikirlər və biliklər qazadırdığınız üçün çox sağolun.
Artıq mənim ətrafımda hər kəs qoşulmaq istəyir. Bu 3 ayda bizə geniş vizyon qazandırdınız, çox dəyərli görüşlərimiz oldu, ən əsası daim nəsə öyrətməyə çalışırdınız, suallarımıza aktiv cavab verdiniz. Çox təşəkkür edirəm!
Qatıldığım ən gözəl təcrübə proqramı oldu. Bizə qatdıqlarınıza görə hər birinizə dərin minətdarlığımı bildirirəm!
Proqrama ilk müraciət edəndə virtual təcrübə proqramı olduğu üçün tərəddüd içərisində idim, amma indi görürəm ki, bu 3 ay ərzində bir çox şey əldə etmişəm. Şöbə görüşlərində, karyera görüşlərində, Emre bəylə excel dərslərində və daha bir çox görüşdə bir çox bilik əldə etdim. Buna görə Alim bəyə və proqramda zəhməti olan hər kəsə təşəkkür edirəm.
Başda Alim bəy olmaqla HR şöbəsi üzrə bizi dəyərli məlumatlarla sahənin dərinlikləri ilə tanış etdiyinə görə Taleh bəyə dərin təşəkkürümü bildirirəm. VTP boyunca təkcə HR şöbəsi ilə bağlı deyil, digər şöbələrin də görüşlərinə qatılıb hərtərəfli inkişaf üçün faydalandım. Hər bir şöbənin rəhbərinə minnətdaram. Bizə qatdığınız dəyər üçün çox sağolun!
Bizim üçün bu 3 ay çox maraqlı və faydalı təcrübə oldu. Ən bəyəndiyim təlimlər HR və rəhbərlərlə görüşlər idi. Sadəcə istəyərdim ki, HR təlimləri həftədə ya iki dəfə, ya da 1 saat 30 dəqiqə olsun. Taleh bəy çox maraqlı izah edirdi təlimi ona görə də doymadım HR təlimlərindən.
Mən başda Alim bəy olmaqla, təşkilatda əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Öyrəndiklərimin kariyerama müsbət təsir edəcəyinə inanıram. Bundan əlavə təcrübə müddətində çox əyləndim, əylənərkən öyrəndim. Ofisi ziyarət etdikdə qonaqpərvərliyiniz, səmimi kollektiviniz xüsusən diqqətimi cəlb etdi. Bütün bunlara görə, yeni VTP-yə qoşulmağa artıq bir neçə dostumu təşviq etmişəm. Heç bir qarşılıq gözləmədən belə layihələr təşkil etdiyiniz üçün bütün gənclər adına minnətdaram!
Mən də öz adımdan əməyi olan hamına təşəkkür edirəm. Alim bəy, Taleh bəy, Emre hocadan, bütün təlimlərdən, Odoo gamesden çoxlu yeni, maraqlı şeylər öyrəndim. Çox sağolun belə bir program təşkil etdiyiniz üçün. Məhəmməd bəy və Nihal xanıma da bütün suallarımızı cavablandırdıqları, səmimi yanaşmaları üçün təşəkkürlər.
Mən də öz adıma həm ön planda , həm arxa planda çalışan hər kəsə təşəkkürümü bildirirəm. Biz gənclərə dəstək verdiyiniz üçün sizə minnətdaram.
Hər birinizə bizə yaratdığınız bu imkana görə təşəkkür edirəm. İmkanların bu qədər məhdud olduğu bir vaxtda bizə çox şey öyrtədiniz. Xüsusilə Taleh müəllim, bütün suallarımıza səbrlə cavab verdiyiniz, heç bir məsələnin qaranlıq qalmasına imkan vermədiyiniz üçün təşəkkürlər.
Məndə Alim bəy, Anar bəy, Nihal xanım başda olmaqla, bütün heyətə öz təşəkkürümü bildirirəm. Çox sağolun iş vaxtınızdan bizə zaman ayırdığınız üçün istər sahəmizlə bağlı, istər şəxsi keyfiyyətlərimizi inkişaf etdirməklə bağlı gözəl məlumatlar edindik. Əylənərkən öyrəndik, öyrənərkən əyləndik. Bir daha təşəkkürlərr
Hərkəsə öz əməyinə və bizə verdiyi faydalı məlumatlara, yeni biliklərə görə sonsuz təşəkkürümü bildirirəm
Təcrübə proqramı boyunca Buta Grup əməkdaşlarına öz səmimiyyətinə və göstərdiyi köməklərinə görə təşəkkür edirəm. Təcrübə proqramı boyunca həqiqətən yeni şeylər öyrəndik, həm şöbələrlə görüşlər, həm rəhbərlər ilə həm də motivasiya videolar hər biri çox şey qatdı bizə. Bütün əziyyətləriniz üçün bir daha Təşəkkürlər
Hər şey üçün təşəkkür edirəm. Unudulmaz bir yay yaşadıq sayəsinizdə. Həm əyləndik, həm öyrəndik. Haqqınızı halal edin. Çox sağ olun.
Çox tez keçdi 3 ay. Bu təcrübə proqramına qoşularkən heç də bu qədər çox şey öyrənə biləcəyimi təxmin etmirdim. Virtual olduğu üçün bu qədər səmimi bir mühit olacağını da gözləmirdim. Çox təşəkkürlər hər birinizə, xüsusən də Alim bəy sizə, bizə belə bir fürsət yaratdığınız üçün. Mənim üçün gözəl bir təcrübə oldu. Hər görüşə böyük həvəslə qatılırdım. Digər iştirakçıları tanıdığım üçün də şad oldum. Bir sözlə gözləntilərimin qat-qat üstündə bir praqram oldu. Əziyyətlərinizi halal edin.
Başda təşkilatçılıq üçün, Alim bəy, sizə, daha sonra isə Nihal xanım və Amil bəyə bütün suallarıma və təkliflərimə çox səbrli və operativ bir şəkildə cavab verdiyi üçün təşəkkür edirəm. Ümumilikdə hər bir şey əla idi.
Onlayn şəkildə gözlədiyimdən qat-qat çox şey öyrəndim. Ümumiyyətlə, tapşırıqlar, görüşlər maraqlı və öyrədici olurdu. Ən çox sevdiyim "SWOT" analiz, "Process" və "Mind Mapping" şəklində olan tapşırıqlar idi. Praktik olaraq yerinə yetirdiyimiz üçün asanlıqla yadda qalırdı.
Mən də təşəkkür edirəm hər şey üçün. Qoşulduğum görüşlərdə özümü daha da inkişaf etdirdiyimi və gələcək üçün mənə böyük faydası olduğunu düşünürəm. Sizin komandanın üzvü olmaq xoş oldu.
Xüsusilə pandemiya dövründə belə bir proqramla tanış olub qatılmağım həm motivasiyamı yüksək tutmağıma, həm də səmimi bir mühitdə sosiallaşaraq bərabər öyrənmənin sevincini yaşamağıma səbəb oldu. Sanki 3 aylıq bir məktəbdə oxuduq, indi də məzun oluruq. Həyatımızda gözəl bir iz buraxdığınız üçün hamınız haqqınızı halal edin.
Mən də hər kəsə təşəkkürümü bildirirəm. Mənim üçün faydalı 3 ay oldu. Hər şeyə görə çox sağolun.
Başda, Alim bəy, siz olmaqla, VTP komandasına təşəkkürlərimi bildirirəm. Bu müddət ərzində çox şey öyrəndik sizlərdən. Və belə aktiv komanda yoldaşlarımla birlikdə olduğuma məmnun oldum. Hər şey üçün təşəkkürlər!
Mən bu təcrübə proqramında həm texniki, həm sosial biliklər əldə etdim. Amma bu proqramda insanların hayatında müsbət dəyişikliklər yaratma, daima öyrənmə, öyrətmə və bundan həzz almaq kimi şeyləri prinsip etməyə çalışdım. Gələcək həyatıma böyük dəyər qatdığımı düşünürəm. Yəni bu texniki və sosial bilikləri bir çox müəssisədə əldə edə bilərik. Amma bu idarəçilik mədəniyyəti örnəyini, geniş vizyonu hər şirkətdə görməyəcəkdik. Bu da gələcəkdə peşəkar həyata daha kiçik baxış bucağı ilə baxmağıma səbəb olacaqdı. Ümumiyyətlə iş dünyasına baxışım dəyişdi. Həqiqətən çox əziyyət çəkdiniz. Hər şey üçün minnətdaram.
Mən bu təcrübə proqramına müraciət edərkən Satınalma və Mühasibatlıq şöbələri üzrə qərarsız qalmışdım, daha sonra satınalma üzrə təcrübə imkanlarının nisbətən daha az olduğunu düşünüb bu sahəni seçdim. Sizə də təşəkkür edirəm ki, digər şöbələr üzrə də görüşlərə qatılmaq imkanı yaratdınız. Beləliklə, həm Anar bəydən, Mehman bəydən, həm də Mühasibatlıqdan Müslüm və Ceyhun bəydən də çox şey öyrəndim. Təkcə sizlərdən deyil, digər iştirakçılardan da öyrəndiyimiz yeni şeylər oldu. Emre bəyin də zəhməti danılmazdır təbii ki. Təşəkkür edirəm hər birinizə, VTP`21-in bir parçası olmaq çox xoş oldu!
Mən də hər kəsə təşəkkürümü bildirirəm. Bu zaman içində qazandıqlarım karyeram üçün olduqca faydalı olduğunu düşünürəm, həmçinin rəqabətli və səmimi mühitdə olduğuma görə çox məmnun oldum. Bir daha təşəkkürlər!
Mən də təşəkkür edirəm hər kəsə, demək olar ki həftə içi hər gün dəyərli vaxtınızı bizə ayırdığınız üçün. Mənim üçün də faydalı oldu bu proqram, xüsusilə də Mühasibatlıq şöbəsi ilə görüşlər mühasiblik işinə olan marağımı artırdı, karyerama mühasib olaraq başlamaq qərarımı da bu proqrama qoşulduqdan sonra dəqiqləşdirdim.
Əvvəla hər kəsə təşəkkür edirəm bu gözəl fürsət üçün. Həqiqətən çox şey öyrəndim və gözlədiyimdən daha da maraqlı və faydalı oldu. 3 illik universitet təhsilimdə öyrəndiyimdən daha çox bilgi əldə etdim bu 3 ayda.
VTP'21 proqramının istər mənəvi, istərsə də akademik cəhətdən qatdığı dəyər ölçülməzdi mənə görə. Bəlkə günün birində kiməsə karyera rəhbərliyi edə bilsəm, hər halda sözlərimə bu proqramdan əldə etdiklərimlə başlayacam. Elə bir görüş, elə bir video vebinar olmadı ki, burdan nələrisə öyrənməyim. Bizlərə bu cür imkan və şans tanıdığınız üçün başda Alim bəy olmaqla, proqramda əməyi keçən hər kəsə təşəkkür edirəm. Haqqınızı halal edin!
2 ay ərzində əməyi keçən hər kəsə təşəkkür edirəm və bu sayədə özümü inkişaf etdirmək şansını verdiyiniz üçün minnətdaram. İnşallah iş həvəsimizlə əla layihələrə imza atarıq.
Mən də öz adıma kollektivə təşəkkürümü bildirirəm. Şirkət mədəniyyətinin və iş mühitinin nə dərəcədə önəmli olduğunu, spesifik bilgilərlə bərabər dünya görüşü və hər sahədən nələrisə öyrəndim. Daha yaxşı, uğurlu günlər diləyilə, minnətdaram hər bir kəsə.
Hər birinizə sonsuz təşəkkürümü bildirirəm. Sayənizdə karantin çox maraqlı və öyrədici oldu. Bir çox yeni informasiyalar öyrəndim. Seçilən dostlarımızı təbrik edirəm və bütün proqram iştirakçılarına uğurlar arzu edirəm.
Sadəcə öz adıma deyə bilərəm ki, sizin sayənizdə 2 ay dayanmadan hər gün bir şeylər öyrəndim. Qazandığım hər bir uğurun arxasında həmişə sizin imzanız olacaq. Yeni proqramlarda daha çox insanlara faydalı olacağınıza heç bur şübhəm yoxdur.
Hər bir iştirakçını təbrik edirəm. Gələcək iş həyatınızda uğurlar! Şübhəsiz ki, "VTP 2021" də çox faydalı bir proqram olacaq
Həqiqətən çox faydalı və maraqlı proqram oldu. Təşəkkürlər bütün komandaya! Hər kəsə uğurlar!
Yeni layihə xeyirli, uğurlu olsun! Yeni layihədə bir daha təlimlərə qoşulmaq istəyirəm.