VTP Nədir?
VTP - Gənclərin iş dünyasını daha yaxşı başa düşməsi üçün virtual şəkildə təşkil olunan Təcrübə Proqramıdır.

hero-2

Sosial məsuliyyət prinsipindən çıxış edərək 2020-ci ildə "20 gəncin həyatına toxunaq!" şüarı ilə ilk əyani təcrübə proqramımızı həyata keçirdik. 2020-ci ilin ilk yarısında "Covid-19" pandemiyasının qlobal səviyyədə yayılmasından sonra proqramı ənənəvi şəkildə davam etdirmək mümkün olmadı. Pandemiyanı fürsətə çevirərək daha çox gəncin həyatına toxuna bilmək üçün Buta Grup şirkəti olaraq "Virtual Təcrübə Proqramı" layihəsinə start verdik. Belə ki, 2020-ci il 21 oktyabr-21 dekabr tarixləri aralığında ilk "VTP" layihəsini həyata keçirdik. Proqrama olan yüksək tələbat növbəti illərdə də davamlı şəkildə virtual təcrübə proqramları təşkil etməyimizə zərurət yaratdı. Böyük maraqla qarşılanan "VTP'20 Payız", "VTP'21 Yaz", "VTP'21 Yay", "VTP'21 Payız", "VTP'22 Yaz", "VTP'22 Yay", "VTP'22 Qış" və "VTP'23 Yay" proqramlarını təşkil etmiş və proqramı uğurla bitirmiş gəncləri işlə təmin etmişik.

Mükafatlar

1-ci yer

2000 ₼

2-ci yer

1000 ₼

3-cü yer

500 ₼

Haqqımızda

Buta Grup hərtərəfli İT şirkətidir. Buta Grup-un komandası müştərilərinin A-dan Z-yə bütün ehtiyaclarına uyğun xidmətlər təklif edir. Təklif edilən xidmətlərə şirkətlər üçün korporativ şəxsiyyətin yaradılmasından başlayaraq, sosial media idarəçiliyi, veb dizayn, veb-saytların hazırlanması, E-Ticarət, qrafik dizayn, brendin idarə edilməsi, rəqəmsal marketinq, proqram təminatının hazırlanması, məsləhətçilik daxildir.
Korporativ və ya tək iş olmasından asılı olmayaraq, bütün layihələr strateji planlara uyğun olaraq hazırlanır, uğurlu bir çəkildə davam etdirilir və lazım olan tarixdə təhvil verilir. Nəticədə bütün müştərilərimiz bizdən razı qalır. Buta Grup bütün bunları mümkün olan ən aşağı büdcə ilə edir!

Namizədə tələblər

  • orange    Son kurs tələbələri və ya yeni məzun olmuş şəxslər
  • Orange    Ünsiyyət qurma bacarığı
  • Orange    Komandada işləmə bacarığı
  • Orange    Daim öyrənmək həvəsi
  • Orange    İş təcrübəsi olmayan namizədlər müraciət etsin.
img-2
img-3

Təcrübə Proqramından əldə edəcəkləriniz

  • Purple    Proqram müddətində müxtəlif təlimlərdə ödənişsiz iştirak
  • Purple    Məşhur şirkətlərin CEO-ları ilə onlayn görüşlər
  • Purple    Real iş təcrübəsi
  • Purple    Bitirmə sertifikatı
  • Purple    İş imkanı

İstifadə olunacaq platformalar

Tətbiqlər haqqında qısa məlumatlar.

Proqramın Tərkibi

Proqram müddətində ediləcəklərin yol xəritəsi

Hansı istiqamətləri əhatə edəcək?

Proqram iş dünyası və texnologiyaya maraqlı hər kəs üçün nəzərdə tutulmuşdur. Proqram ərzində günümüzün texnologiyaları və texnologiyadakı yeni tendensiyalardan bəhs ediləcək.

Tapşırıqlar

Bu mərhələdə təcrübəçilər iş mühiti ilə tanış olmaq imkanı əldə edəcəklər. Şirkətin idarəetmə sistemi ilə və real iş axışlarının (workflows) gedişatı ilə tanış ola biləcəklər. İş mühitində onlayn olaraq yerinə yetirilməsi mümkün olan tapşırıqlar veriləcək və layihə idarəetməsi şəklində davam edəcək.

Təlimatlandırma

Proqram müddətində mentorlar iştirakçılara dəstək göstərəcək. Layihə və tapşırıqların tətbiqi zamanı mentor tərəfindən anlıq olaraq və digər zamanlarda təlimatlar veriləcək. Layihələr və tapşırıqlar zamanı yaranan sualları mentorlara ünvanlandıra bilərsiniz.

Təqdimetmə

Verilmiş tapşırıqların tamamlanma mərhələsi təqdimetmə və qiymətləndirmə ilə bitəcək. Qiymətləndirmə şirkət rəhbərliyi və mentorlar tərəfindən, eləcə də komanda üzvləri tərəfindən aparılacaq. Hər bir qiymətləndirmədə təcrübəçilər özləri də iştirak edə biləcəklər.

İştirakçı Fikirləri

VTP'20 , VTP'21 Yaz , VTP'21 Yay, VTP'21 Payız , VTP'22 Yaz, VTP'22 Yay, VTP'22 Qış və VTP'23 Yay təcrübə proqramında iştirak edənlərin layihə haqqında düşüncələri

Ən çox soruşulan suallar

"VTP" təcrübə proqramı ilə bağlı ən çox soruşulan sualların qısa cavabları ilə tanış ola bilərsiniz.

Proqram ödənişlidirmi?

Təcrübə proqramı tamamilə ödənişsizdir və sosial bir layihədir.

Proqram nə zaman başlayacaq?

“VTP-9 Nano” proqramına qeydiyyat hal-hazırda davam edir. Qeydiyyat və seçim prosesi yekunlaşdıqdan sonra proqram start götürəcək. Mart ayının əvvəlində başlaması və iyun ayının sonuna kimi davam etməsi nəzərdə tutulur.

Məktəblilər müraciət edə bilərmi?

Təcrübə proqramı tələbə və məzunların iştirakı üçün təşkil edilmişdir. Bu səbəbə görə proqramda məktəblilərin iştirakı nəzərdə tutulmamışdır.

Layihədə hansı ixtisaslardan və ya sahələrdən şəxslər iştirak edə bilər?

Proqramda iş dünyası və texnologiyaya maraqlı olan hər kəs iştirak edə bilər. Proqram ərzində günümüzün texnologiyaları və texnologiyadakı yeni tendensiyalardan bəhs ediləcək.

Fiziki təcrübə olacaqmı?

Proqramın əsas hissəsi (2-3 aylıq period) virtual olaraq onlayn şəkildə aparılacaqdır. Bu müddət bitdikdən sonra aktiv iştirakçılarla oflayn müsahibə və fiziki təcrübə keçmə imkanı nəzərdə tutulmuşdur.