Universitet tələbələrinin iş dünyasını tanımaları, iş dünyasının tələblərini öyrənmələri və gələcək karyeralarına istiqamət vermələrini təmin etmək məqsədilə, MÜSİAD Azərbaycan və UNEC TUDİFAK tərəfindən həyata keçirilən "Addım-Addım Biznes" layihəsi Buta Akademi'nin dəstəyi ilə başlayır. Layihənin əsas məqsədi tələbələr ilə şirkətlərin qarşılıqlı əlaqələrini artıraraq gənclərin karyera planlamalarını daha düzgün etmələrini təmin etməkdir.
MÜSİAD Azərbaycan və UNEC TUDİFAK 2021-ci ildən etibarən bir çox layihələrdə əməkdaşlıq etməyə başlamışlar. Bu layihələrə bir sıra tədbirləri və tələbələrlə peşəkar karyera görüşlərini misal göstərmək olar. Təşkilatlar haqqında daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı səhifələrə keçid edə bilərsiniz.
Proqrama seçiləcək tələbələrin gələcək karyeralarına dəstək olmaq məqsədilə MÜSİAD Azərbaycan və UNEC TUDİFAK tərəfindən Buta Akademi'nin dəstəyi ilə təşkil edilən peşəkar biznes layihəsidir. Layihədə TUDİFAK tələbələrə karyera dəstəyi və peşəkar iş təcrübələri əldə etmələri üçün MÜSİAD Azərbaycana üzv olan bir çox məşhur şirkətlərlə tanışlıq imkanı yaradılacaqdır. Layihə tamamilə ödənişsizdir və MÜSİAD Azərbaycan, eləcə də üzv şirkətlərin maliyyə dəstəyi ilə həyata keçirilir.
Proqrama qoşulan tələbələr MÜSİAD Azərbaycanın üzvü olan müxtəlif şirkətlərdə iş mühiti və şöbələrin iş prosesləri ilə tanış olacaqlar.
Proqram iştirakçıları istehsal ilə məşğul olan şirkətlərin zavod və fabriklərində istehsal prosesi ilə yerində tanış olacaqlar.
Proqram ərzində şirkətlərin CEO-larının təqdimatında gənclər üçün biznes həyatı ilə bağlı müxtəlif təlimlər təşkil ediləcəkdir.
Proqramda iştirak edəcək tələbələr üçün karyera dəstəyi (iş müsahibələrinə necə hazırlaşmalı, düzgün "CV" necə hazırlanmalı və.s.) veriləcəkdir.
   Daim öyrənməyə istəkli və həvəsli olmalı
   3-cü və 4-cü kurs TUDİFAK tələbələri müraciət edə bilər
   İş təcrübəsi olmayan namizədlərə üstünlük veriləcəkdir
   Proqram müddətində müxtəlif təlimlərdə ödənişsiz iştirak
   Məşhur şirkətlərin CEO-ları ilə görüşlər
   Real iş mühiti ilə tanışlıq
   Bitirmə sertifikatı
   Təcrübə keçmək və İş əldə etmək imkanı