ARDUİNO

IoT VƏ ROBOTOTEXNİKA

Sevilən və məktəblilər tərəfindən böyük maraqla qarşılanan "VTP Bala" layihəsi yenidən qarşınızda! Ötən il 22 iştirakçı ilə birlikdə texnologiya və eletronikanın dərin sirlərinə yiyələndik. Bu il növbə sənindir! Təlim 5-9-cu sinifləri əhatə edəcək şəkildə övladlarınız üçün nəzərdə tutulub. Təlim müddətində ilk 2 ay "Elektronika haqqında məlumat" və keçirilənlərin "Praktiki Tətbiqi", daha sonra isə 1 ay "Kodlaşdırma və Kompüterin əsasları" mövzuları ilə övladlarınız maariflənəcəkdir. Qoşulmaq üçün tələsin!

Təlim Müddəti — 8 həftə


Kurs Vaxtı — həftədə 3 dəfə

Haqqımızda
“Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi” başda inşaat olmaqla, enerji, kənd təsərrüfatı, heyvandarlıq, sığorta və digər xidmət sektorlarında 11 şirkət və 10 minə yaxın işçisi ilə fəaliyyət göstərməktədir. Şirkətin Azərbaycan Respublikasındakı Filialı 2013-cü ildə qeydiyyata alınaraq öz fəaliyyətinə başlamışdır. Fəaliyyətə başladığımız ilk dövrdən şirkətimizin əsas hədəfi yol tikintisinin inkişafında böyük uğurlara nail olmaq olmuşdur. Əsasən yol və körpü tikintisi layihələrini həyata keçirən şirkətimiz əcnəbi və yerli mütəxəssislərin peşəkarlığı nəticəsində bu sahədə öz üslubu ilə fərqlənir. Bununla yanaşı komandamız sosial məsuliyyət prinsipi ilə çıxış edərək ilkin mərhələdə real təcrübə proqramlarına başlamış, pandemiya dövrü ilə əlaqədar olaraq yeni layihələri onlayn şəkildə təşkil etməyi qərara almışdır. Bunun üçün 2020-ci il 21 oktyabr-21 dekabr tarixləri aralığında "Virtual Təcrübə Proqramı" layihəsini həyata keçirmişdir. Daha sonra 2021-ci il üçün davamlı şəkildə virtual təcrübə proqramları keçirməyi hədəfləmişdir. Belə ki, böyük maraqla qarşılanan VTP'21 Yaz, VTP'21 Yay və VTP'21 Payız və VTP'22 Yaz Proqram ilə şirkətimiz gənclərə dəstək olmuşdur.

Məqsəd
İT və Robototexnika təliminin əsas məqsədi 5-ci sinifdən başlayaraq məktəblilər üçün gələcəkdə uğurlu istiqamətlər olan Robototexnologiya, Elektrik mühəndisliyi, Proqramlaşdırma və Kompüter mühəndisliyi kimi sahələrlə praktiki şəkildə tanış olmaq imkanını yaratmaq və Azərbaycanda bu istiqamət üçün peşəkar mütəxəssislər yetişdirməkdir. Bu kimi istiqamətlərin artıq yaşı azalıb. Övladlarınız üçün uğurlu gələcək elə bu yaşlardan başlayır!

Arduino

Arduino Uno ATmega328P (məlumat vərəqi) əsasında mikrokontroller lövhəsidir. O, 14 rəqəmsal giriş/çıxış pininə (onlardan 6-sı PWM çıxışı kimi istifadə edilə bilər), 6 analoq girişə, 16 MHz keramika rezonatoruna (CSTCE16M0V53-R0), USB bağlantısına, elektrik yuvasına, ICSP başlığına və sıfırlama düyməsinə malikdir.

Robototexnika

Robototexnika — texnologiya ilə bağlı bir sahəsi olaraq, robotoları, onların dizayn edilməsini, qurulmasını, idarə edilməsi metodlarını, informasiya emalı üçün yaradılan kompüter sistemlərini öyrənir. Sənayenin avtomatlaşdırılmasının inkişafına təsir göstərir. Çünki bu texnologiyalar sənayedə insan faktorunun gücünü azaltmağa kömək edir.

IoT əsasları

İOT, Əşyaların İnterneti konsepsiyasına daxil etdiyimiz obyektlər, sensorlar və elektron sxemlər sayəsində, bu avadanlıqlara sahib olanda bacarıqlar əldə edilir. Mobil şəbəkələrin yaşamın dörd bir yanına nüfuz etməsi və də internetin qabağı alına bilməyən inkişafı ilə birlikdə bu obyektlərin qarşılıqlı əlaqəsi asanlaşır.

Avadanlıq
Hər bir Arduino Kitinin daxilində Arduino Uno mikrokontroller, servomotor, ultrasoniksensor, İR sensor, jumper, bread board, DC motor, potensiometr, fotorezistor, 7 seqmentli LED, LCD ekran, müqavimətlər, batareya, buzzer və diodlar var. Avadanlıqlar Kurs tərəfindən qarşılanır.

Kursda keçiriləcək olan dərslərdə Arduino kitlərdən istifadə olunacaq. Gələcəyə daha savadlı və bacarıqlı gənclər yetişdirmək üçün siz də Arduino Dəstlərinin alımına dəstək ola bilərsiniz. Bu kiçik addımla balacalarımızı sevindirin..

Bizim komandamız

wrapkit
Camal Mikayılov
Robototexnika Təlimçisi

wrapkit
Amil Rüstəmli
Layihə üzrə mütəxəssis

wrapkit
Ramiz Yusifov
Cihazqayırma Mühəndisi

Employement.az